Droqba: "Çelsi" ilə etdiyimi "Qalatasaray"la təkrarlamaq istəyirəm"

13.03.2013 | 4967 dəfə oxunub

"Qalatasaray"ın hücumçusu Didye Droqba Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Şalke"yə qarşı keçirdikləri oyun haqda danışıb. Stadium.az xəbər verir ki, təcrübəli forvard yenidən turnirin qalibi olmaq istədiyini vurğulayıb: "Futbolda hər şey mümkündü. "Çelsi"nin heyətində ötən mövsüm etdiklərimi indi də "Qalatasaray"la təkrarlamaq istəyirəm. Düzdür, indikindən fərqli olaraq həmin vaxt mən fiziki cəhətdən ideal formada idim. "Şalke" ilə matçda da bir neçə dəfə top itkisinə yol verdim. Bu da səbəbsiz deyil. Yenidən Avropa futboluna qayıdıb, Çempionlar Liqası kimi nüfuzlu bir turnirdə əvvəlki kimi yüksəksəviyyəli futbol sərgiləmək heç də asan deyil".

Afrikalı hücumçu komanda yoldaşı, hücumdakı tərəfdaşı Burak Yılmazdan da söz açıb: "Burak Yılmaz turnirin bombardirləri siyahısında liderliyi bölüşür.  Bunu isə sadəcə bəxtlə əlaqələndirmək olmaz. O əsl istedaddır. Onun hər hücuma qoşulması rəqib qapısı qarşısına təhlükəyə səbəb olur. Bizim bəxtimiz gətirib ki, o "Qalatasaray"da çıxış edir. Bir qədər də üzərində işləməkıə o səviyyəsini daha da artıra bilər". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail