Rəqibimizin qələbəsinə şahidlik edən hakim yığmamızın oyununda

13.03.2013 | 4910 dəfə oxunub

Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də, Lüksemburq şəhərində keçiriləcək Lüksemburq - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Matçın baş hakimi Padraigh Suttondu. 

Stadium.az xəbər verir ki, irlandiyalı hakimin 35 yaşı var. Suttonu elə də təcrübəli hakim saymaq olmaz. Çünki irlandiyalı referi karyerası ərzində elə də çox beynəlxalq oyun idarə etməyib. 

Əsasən daxili çempionatda iş başında olan Sutton 2 dəfə Avroliqa, 1 dəfə 21 yaşlıların seçmə mərhələ oyununda, 1 dəfə də millilərin yoxlama oyunlarında fit çalıb. Maraqlıdır ki, Suttonun fit çaldığı sonuncu beynəlxalq oyun seçmə mərhələdə millimizlə eyni qrupda yer alan İsrail yığmasının iştirakı ilə baş tutub. Yoxlama oyununda İsrail millisi Finlandiyaya 2:1 qalib gəlib ki, bu matç 2013-cü il fevralın 6-da baş tutub.

İrlandiyalı referinin yolu nə millimiz, nə də klublarımızla kəsişib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail