"Qəbələ" "Şerif"ə "5" verdi

13.03.2013 | 4152 dəfə oxunub

Moldovanın Tiraspol şəhərin 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə iştirakını davam etdirən "Qəbələ"nin U-15 kollektivi sözügedən ölkədə ikinci oyununa çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, yerli "Şerif-99" komandası ilə üzə-gələn "qırmızı-qaralar" rəqibinə meydançada heç bir şans verməyib. İlk dəqiqədən sona kimi üstünlüyü əlində saxlayan "Qəbələ" meydan sahiblərini 5 dəfə mərkəzə dəvət edib. "Qırmızı-qaralar"a qələbə gətirən qollara 2-ci dəqiqədə Sahil Zeynalov, 23-cü dəqiqədə Fərid Nəbiyev, 31-ci dəqiqədə Baxşəli Baxşəliyev, 40-cı dəqiqədə Coşqun Süleymanov və 70-ci dəqiqədə Azər İsmayılov imza atıb. Bu nəticədən sonra "Qəbələ" qrupda ilk sırada möhkəmlənib. İlkin mərhələ çərçivəsində son oyun sabah keçiriləcək. Hüseynqulu Quliyevin komandası Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail