"Bakı"nın 9 futbolçusu milli komandalarda

14.03.2013 | 4394 dəfə oxunub

"Bakı" futbol klubunun 7 üzvü FİFA 2014 DÇ qrup mərhələsi oyunlarında keçiriləcək rəsmi qarşılaşmalarda forma geyə bilər. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti (Hubert) Foqts komandanın 5 üzvünü yığmanın düşərgəsində görmək istəyir. Bunlar Kamran Ağayev, Cavid Hüseynov, Elvin Məmmədov, Aqil Nəbiyev və Rauf Əliyevdir.

Bura Azərbaycan milli U-21 sıralarına dəvət alan Şəhriyar Əliyev və Nurlan Novruzovu da əlavə etsək, "Bakı" futbol klubunun milli komandlarda təmsilçilik kəmiyyəti 9-a çatır.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 15-də və 16-da Bakıda, martın 17-dən 28-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Toplanış çərçivəsində yığmamız martın 23-də Gürcüstanın, martın 26-da isə Albaniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Milli komandamız səfər oyununa hazırlıq prosesini Dubayda keçəcək. Zədə səbəbindən final mərhələsinin Bakı derbisində ("Neftçi", 1:1) meydana çıxa bilməyən Aqil Nəbiyevin təlim-məşq toplantısında iştirakı sual altındadır. 

Xatırladaq ki, Azərbaycan milli komandası bu ay ərzində 2 rəsmi oyun keçirəcək. Milli komandamız 22 mart 2013-cü il tarixində Lüksebdurqun qonağı olacaq. 4 gün sonra isə (26 mart 2013) Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliyanı qəbul edəcək.

Daha 2 futbolçu isə səfərə yollanır. Deyvidas Çesnauskis Slovakiya-Litva qarşılaşmasında Litva millisinin, Deniss İvanovs isə Lixtenşteyn-Latviya oyununda Latviya formasında meydana çıxa bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail