“Xəzər Lənkəran” 10 illiyində çempionluğu hədəfləyir

14.03.2013 | 4375 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun mətbuat katibi Yalçın Əliyev Peşakar Futbol Liqasının saytına klubun gələcək planları haqqında məlumat verib: “Artıq komandamızın yeni baş məşqçisi məlumdur. Uelsli Con Benjamin Toşakla rəsmi müqavilə yaxın günlərdə imzalanacaq. Con Benjamin Toşakın “Xəzər Lənkəran”a gəlməsi klub üçün yeni mərhələnin başlanğıcıdır. Toşakın zəngin məşqçilik karyerası var. “Real” (Madrid), “Deportivo”, “Beşiktaş” kimi klublarda və Uels milli komandasında çalışıb, bir çox titullara sahib olub. Buna qədər isə Makedoniya yığmasında baş məşqçi olub. Benjamin Toşakın növbəti mövsüm üçün komandamıza gətirəcəyi yeni oyunçuların adları hələlik məlum deyil. Gələn mövsüm üçün çempionluğu hədəfləmişik, çünki, “Xəzər Lənkəran” klubunun 10 illiyidir. Topaz Premyer Liqasında yaranmış fasilədə heç bir yoxlama oyunu keçirməyi nəzərdə tutmamışıq. Növbəti turun oyununa hazırlıq adi qaydada davam edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail