9 futbolçu, əzmkar qələbə və qrup liderliyi

14.03.2013 | 4433 dəfə oxunub

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını davam etdirən "Qəbələ" bu gün növbəti oyununa çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, qrup mərhələsi çərçivəsində baş tutan sonuncu - üçüncü qarşılaşmada "qırmızı-qaralar" Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki komanda daha öncə keçirdiyi 2 oyunu qələbə ilə yekunlaşdırdığıma görə matç qrup liderliyi baxımından prinsipiallıq daşıyırdı.

Qarşılaşma "Qəbələ"nin hücumları ilə start götürüb. İlk yarı ərzində təmsilçimiz rəqibin qapısı önündə bir neçə əlverişli qol vəziyyəti yaratsa, hesabı öz xeyrinə dəyişə bilməyib. Əvəzində isə ukraynalılar azsaylı hücumlarından birini qolla yekunlaşdırıblar. 
İkinci hissəyə sürətli başlayan Hüseynqulu Quliyevin yetirmələri tezliklə hesabı bərabərləşdiriblər. Baxşəli Baxşəliyev effektiv zərbə ilə hesabı bərabərləşdirib - 1:1. Qoldan sonra hücumlarının kəsərini artıran "qırmızı-qaralar" qalan dəqiqələrdə rəqibdən daha çox hakimin müqaviməti ilə rastlaşıblar. Ardıcıl olaraq sadə epizodlardan sonra Baxşəli Baxşəliyev və Sahil Zeynalova qırmızı vərəqə göstərən referi komandamızı 9 nəfərlə qoyub. Əzmkarlıq göstərən və sonadək üstün mübarizəsini davam etdirən "Qəbələ" son saniyələrdə qələbə topunu vurmağa müəssər olub. Nurlan Quliyev cərimə zərbəsindən dəqiq zərbə ilə topu birbaşa tora göndərib və matçın nəticəsini müəyyənləşdirib - 2:1. Xatırladaq ki, komandamız turnirin ilk oyununda - "Sevastopol"la matçda da hakimin qərəzinə tuş gəlmiş və oyunu 9 nəfərlə bitirməsinə baxmayaraq 2:1 hesabilə qalib gəlmişdi.
UGİM üzərində qələbədən sonra xallarının sayını 9 yüksəldən "Qəbələ" qrup mərhələsini lider kimi tamamlayıb və yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda mübarizədə "qırmızı-qaralar" martın 16-da ev sahibi "Şerif"lə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail