Hafiz Məmmədov: "Mən AFFA prezidenti olsam..."

15.03.2013 | 5735 dəfə oxunub

"Ölkə kubokunu qazanmaq şansımız var. Əsas hədəfimiz də elə budur". Stadium.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra "Bakı"nın prezidenti Hafiz Məmmədov jurnalistlərə verdiyi açıqlamada deyib. Komandasının Premyer Liqadakı şanslarını dəyərləndirən Məmmədov çempionatda da şanslarının qaldığını bildirib: "Nəzəri cəhətdən çempionatda da mükafatçılar sırasına düşmək şansımız var. Bu bir qədər çətin görünür. Əsas hədəf kubok vasitəsilə avrokuboklara getməkdi".

Klub prezidentinin sözlərinə görə, avrokuboklara vəsiqə qazanılmasa belə, bu, "Bakı" üçün faciə sayılmayacaq: "Kuboku götürüb, Avroliqaya düşməyə çalışacağıq. Amma vəsiqə qazanmasaq belə, bu. bizim üçün faciə olmayacaq. Çünki yayda uzun bir hazırlıq prosesi keçib, sıfırdan komanda qurmaq istəyirik".

Məmmədov son vaxtlar ölkə mətbuatında AFFA prezidenti olacağı ilə bağlı dolaşan xəbərlərə də aydınlıq gətirib: "Bunlar hamısı boş-boş məlumatlardı. Əgər mən AFFA prezidenti olsam, gərək Rövnəq Abdullayev FİFA prezidenti olsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail