Nuri Şahin: "Qalatasaray"ın az da olsa, "Real" önündə şansı var"

15.03.2013 | 4003 dəfə oxunub

"Püşkün nəticəsini "Qalatasaray" üçün uğursuz hesab edirəm. Çünki "Qalatasaray" ən güclü rəqiblərdən biri ilə üzləşdi". Stadium.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatmasına münasibət bildirərkən Türkiyə millisinin üzvü Nuri Şahin deyib. "Borussiya"lı futbolçu bildirib ki, "Real"ı keçmək üçün "Qalatasaray"ın az da olsa, şansı var: "Şalke"ni yendikdən sonra "Qalatasaray" çox iddialıdır. Biz türklər böyük oyunlara yaxşı hazırlaşırıq və qəlbimizi meydanda qoyaraq istədiyimiz nəticəni qazanırıq. Bu səbəbdən də "Qalatasaray"ın az da olsa, şansı var. İlk oyunda "Qalatasaray" qapısını toxunulmaz saxlasa, ya da ən azından 1 qol vursa, cavab oyunu öncəsi sərfəli nəticə qazanacaq. Bu halda komandanın işi bir qədər də asanlaşacaq".

Nuri Şahin çıxış etdiyi Dortmund "Borusiya"sının "Malaqa" önündəki şansını isə belə dəyərləndirib: "Bizim üçün püşkün yaxşı alındığını söyləyə bilərəm. Hər halda, daha güclü rəqiblə də üz-üzə gələ bilərdik. Lakin açıq deyim ki, hələ bir neçə gün əvvəl biz "Portu"dan çəkinirdik. Amma "Malaqa" "Portu"nu mübarizədən kənarlaşdırdı. Bu səbəbdən də işimiz heç də asan olmayacaq".   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail