"İlk oyunlarda necə ürəklə, həvəslə oynamışamsa, elə də davam edəcəm”

15.03.2013 | 5124 dəfə oxunub

Qış "transfer pəncərəsi”ndə "Rəvan”ın heyətə qatdığı futbolçulardan biri də Ramil Həşimzadə idi. Stadium.az xəbər verir ki, "Sumqayıt”dan transfer edilən yarımmüdafiəçi ilk vaxtlar formada olmamasına görə oynaya bilmirdi. Ancaq son 2 matçda baş məşqçi Ramil Əliyev onun xidmətindən yararlanıb. Ramil əvvəlcə ölkə kubokunun "Xəzər Lənkəran”la Lənkəranda keçirilən cavab 1/4 final matçında meydana çıxmışdı. Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində elə "Xəzər Lənkəran”a qarşı görüşdə isə o, ölkə çempionatında "Rəvan” forması ilə debüt etdi.

Məşqçilərin start heyətində yer verdiyi Həşimzadə bu haqda klubun rəsmi saytına danışıb: "Sumqayıt”dan gələndən sonra bir müddət formamı bərpa etməklə məşğul idim. Məşqlərdə üzərimdə səylə çalışırdım ki, çatışmazlıqları tez aradan götürə bilim. "Rəvan”da ilk olaraq Lənkərandakı kubok oyununda debüt etdim. Ardından isə çempionatda "siftə” elədim. Oyunumdan razıyam? Hazırda tam formada olduğumu demək olmaz. Amma məncə, pis çıxış etmədim. Ancaq daha da artırmalı olduğumu gözəl başa düşürəm. İstənilən halda, nə dərəcədə hazır olduğuma məşqçilər söyləyə bilər. Qarşıda hələ 9 oyun var. Çalışacam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərib start heyətinin daimi üzvünə çevrilim. Yekun qərarı Ramil müəllimin verəcək. Mən öz adımdan söz verə bilərəm ki, ilk oyunlarda necə ürəklə, həvəslə oynamışamsa, elə də davam edəcəm. Çıxış etdiyim sağ cinahda böyük qrdaş saydığım Ramazan Abbasov da oynayır. Rəqabət? Məncə, rəqabət həm komandanın xeyrinə olacaq, həm də hər ikimizin "artım”ına səbəb olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail