"Xəzər Lənkəran"ın baş məşqçisi: "Maurinyo "Qalatasaray"a uduzsa..."

16.03.2013 | 5094 dəfə oxunub

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Benjamin Toşak Türkiyəninn “NTV Spor” kanalına müsahibə verib. Stadium.az xəbər verir ki, Toşak müsahibəsində  Türkiyə klublarının avrokuboklardakı uğurlu çıxışlarından danışıb.

Bir vaxtlar “Beşiktaş” ı çalışdıran uelsli mütəxəssis bildirib ki, Fatih Terim öz komandasını Çempionlar Liqasında 1/4 finala çıxarmaqla böyük iş görüb: “Real” və “Barselona” bu yarışın favoritidir. “Qalatasaray” və “Malaqa” isə ÇL-in sürpriz komandalarından oldular. “Qalatasaray” üçün qarşıdakı oyunların uğurlu olmasını istərdim. Amma bu, çox çətindir. “Real”da Ronaldo, Xabi Alonso, Kasilyas, Ramos kimi önəmli futbolçular var”.

Toşak onu da qeyd edib ki, İstanbulda “Qalatasaray”la oynamaq asan deyil: “Amma məncə, Maurinyo püşkün nəticəsindən məmnundur. Çünki “Barselona” və “Bavariya” kimi  komandalarla qarşılaşmadı. Amma Maurinyo onu da bilir ki, “Qalatasaray”a uduzsa, karyerasına çox ciddi zərbə vuracaq”.

C.Toşak Türkiyənin Avroliqadakı təmsilçisi “Fənərbaxça” barədə də danışıb: “İlginc bir təsadüfdür ki, “Fənərbaxça” Avrpoliqada son ev oyununu azarkeşsiz keçirdiyi kimi, “Latsio” ilə səfər matçında da boş tribunalar önündə meydana çıxacaq. Bu gedişlə “Fənərbaxça”nın Avropadakı oyununa canlı baxa bilməyəcəyik. “Fənərbaxça”nın 1/4 finalı adlamaq şansının az olmadığını düşünürəm. İki komandasının Avropada yarımfinala çıxması, Türkiyə futbolçu üçün əla bir göstərici olar”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail