"Hafiz Məmmədov razılıq versə, Azərbaycanda başqa klubda çalışaram"

"ONUN İNŞA ETDİRDİYİ BAZADAN KEÇ TÜRKİYƏDƏ DƏ YOXDUR"

16.03.2013 | 6267 dəfə oxunub

"Bakı"nın keçmiş baş məşqçisi, hazırda Türkiyənin "İstanbul Böyükşehir Bələdiyyəspor" klubunu çalışdıran Bülənt Qorxmaz Futbolxeber.az saytına eksklüziv müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Bülənt hoca, salam. Necəsiniz?

- Sağ olsun, təşəkkür edirəm, siz necəsiz?

- Çox sağ olun. Sizi Bakıdan narahat edirik.

- Lap yaxşı, buyurun eşidirəm.

- İlk növbədə bugünkü qələbə münasibətilə sizi təbrik edirəm. Əvvəlcə elə "Mərsin İdman Yurdu"na qarşı keçirdiyiniz oyun haqda fikirləriniz öyrənərdik?

- Çox gərin oyun alındı. 4 turdu qələbə qazana bilmirdik. Amma qələbə qazana bilməsək də, uduzmurduq da. Lakin bu gün istəyidimiz oyunu sərgiləyə bildik. Vurduğumuz erkən qollar işimizə yaradı və çox mühüm bir qələbə qazandıq.

- Hesabda 4:0 önə keçdikdən sonra komandanız sona yaxın qapısında ardıcıl iki qol gördü. Bu nədən irəli gəlirdi?

- Həqiqətən də komandada bir qədər sanki "boşalma" oldu. Bəlkə də bu, arxayınçılıqdan irəli gəldi.

- Bu gün komandanız 6 turdan sonra ilk qələbəsini qazandı. Bu müddət ərzində qələbə qazana bilməməyinizin səbəbi nə idi?

- İlk növbədə onu qeyd edim ki, bu cür sindromla "İstanbul BB" demək olar ki, hər il üzləşir. Komanda hər mövsüm çempionatın hansısa bir hissəsində ardıcıl uğursuz oyunlar keçirir. Bu məndən əvvəlki məşqçilərin dövründə də olmuşdu. İndi də eyni aqibəti mən yaşadım. Amma bunun bir çox səbəbləri var. İlk öncə onu deyim ki, hücumda problemimiz var. Vebonu fasilədə "Fənərbaxça"ya satdıqdan sonra onun əvəzinə bir oyunçu aldıq ki, o da zədələnərək mövsümü erkən başa vurdu. Bu səbəbdən də hücumda, qol vurmaqda çətinlik çəkirik. Bir növ oyunçu çatışmazlığımız var. Eyni zamanda burda psixoloji problemin də təsiri olurdu. Çünki ardıcıl 2-3 uğursuz oyundan sonra futbolçular özünəinamı itirirdilər. Əvvəlki matçlarda da yaxşı oynadığımızı deyə bilərəm. "Akhisar Bələdiyyəspor"la matç istisna olmaqla. Həmin oyunda həqiqətən də çox bərbad oynadıq. Amma şükürlər olsun ki, bu gün layiqli qələbə qazanaraq, uğursuz oyunlar seriyasına son qoyduq.

- Bugünkü qələbə sayəsində komandanız artıq 10-cu pilləyə yüksəldi. Ümumiyyətlə, cari mövsümdəki hədəfləriniz nədir?

- Cari mövsüm klub prezidenti qarşıma yalnız bir məqsəd qoyub - komandanı Superliqada saxlamaq. İnanıram ki, bu tapşırığın da öhdəsindən gələcəyik.

- Gələn il sizi "İstanbul BB" də görə biləcəyik?

- Əslində mənim komanda ilə müqaviləm var. Amma bildiyiniz kimi, müqavilə futbolda elə də böyük rol oynamır. Cari mövsüm hədəfimizə çatdıqdan sonra artıq klub rəhbərliyi ilə görüşümüz olacaq. Orada növbəti mövsümün planlarını cızacağıq. Fikirlərimiz üst-üstə düşsə, ortaq məxrəcə gələ bilsək, buradakı fəaliyyətimi davam etdirəcəyəm.

- Superliqada cari mövsümün hansı komandanı favorit görürsünüz? Çoxları hesab edir ki, Droqba və Sneyder kimi ulduzları heyətinə qatdıqdan sonra "Qalatasaray" cari mövsümdə də qızıl medalları qazanacaq.

- Həqiqətən də o cür ulduzları heyətinə qatmaqla "Qalatasaray" xeyli gücləndi. Droqba və Sneyder karyerası olan futbolçulardı. Heyətinə görə "Qalatasaray" favoritdi. Amma hər zaman favoritlər qələbə qazanmır. Götürək "Eskişehispor"la oyunu. Həmin matçda mən deyərdim ki, "Qalatasaray" yox, "Eskişehirspor" 2 xal itirdi. "Gənclərbirliyi" ilə matçda "Qalatasaray" yaxşı oynasa da, uduzdu. Bir sözlə, futbolda gözlənilməz nəticələr tez-tez olur. "Qalatasaray" stabil çıxış etsə, istəyinə çatacaq. Mənə görə də çempionatın ən böyük favoriti məhz onlardı. 

- Sabiq klub "Qalatasaray" uzun fasilədən sonra yenidən Çempionlar Liqasında 1/4 finala yüksəldi. Burada isə "Real"la qarşılaşacaq. Sizcə illər sonra revanş almaq mümkün olacaq?

- Əvvəla onu deyim ki, "Qalatasaray"ın prezidenti Çempionlar Liqası başlamamışdan öncə demişdi ki, biz qrupdan çıxsaq, bu, artıq uğurdu. Komanda bu istəyinə çatdı. Daha sonra 1/8 final mərhələsini də uğurla adladılar. Yəni ki, komanda artıq qarşısına qoyduğu məqsədə çatıb. O ki qaldı "Real"a razıyam, çox güclü rəqibdir. Amma elə bir qanun yoxdur ki, fubolda hər zaman favoritlər qələbə qazanmalıdır. İllər öncə biz də 1/4 finala yüksələrkən məhz "Real"la qarşılaşdıq. Evdə 0:2 uduzduğumuz oyunu çevirə bildik və 3:2-lik qələbə qazandıq. Amma səfərdə 0:3 uduzduq. Bir sözlə, futbolda hər şey mümkündür.

- Sizcə, "Real"ı keçmək üçün ilk növbədə "Qalatasaray" nə etməlidi?

- Komanda oyunu oynamalıdı. Əgər, bunu bacarsalar, mərhələ adlaya bilərlər. Dediyim kimi, "Real" favoritdi, heyətlərin dünya səviyyəli ulduzlar çıxış edir. Amma istənilən komandaya qarşı oynamaq mümkündü. 

- Cari mövsüm "Qalatasaray" və "Fənərbaxça" avrokuboklarda 1/4 finala yüksəldilər. Amma eyni uğuru Türkiyə millisinin timsalında görə bilmirik. Sizcə, yığmanın uğursuz çıxışını səbəbi nədir?

- İlk növbədə klublardakı legioner çoxluğunu qeyd etməliyəm. Diqqət yetirək, "Şalke" ilə oyunda "Qalatasaray"ın heyətində 7, "Fənər"in son oyununda isə meydanda 6 əcnəbi vardı. Amma bizim vaxtımızda belə deyil. O zaman bizdə 4 legioner, 7 yerli futbolçu çıxış edirdi. Məhz bu məqam da millinin uğursuz çıxışında rol oynayır.

- Bəs, Azərbaycan futbolu ilə necə, maraqlanırsınız? Sabiq klubunuz "Bakı"nın çıxışlarını izləyirsiniz?

- Sözün açığı, bu dəqiqə işlərim həddindən artıq çoxdur. Ona görə də Azərbaycan çempionatı ilə, "Bakı"nın oyunları ilə yaxından maraqlana bilmirəm. Amma əvvəllər izləyirdim. İndi isə vaxt problemi var.

- Sonuncu dəfə "Bakı"da baş məşqçi dəyişikliyi baş verərkən namizədlər arasında sizin də adınız hallanırdı. Mətbuatda yenidən komandaya qayıdacağınız deyilirdi. Həmin vaxt "Bakı"dan təklif almışdınız?

- Söhbət "Bakı"dan gedirsə, ilk növbədə Hafiz Məmmədovun adını çəkməliyəm. Hafiz bəy, Azərbaycan futbolu adına çox böyük işlər görür. Onun inşa etdirdiyi bazadan heç Türkiyədə də yoxdur. O adam heç bir maraq güdmədəm futbola külli miqdarda vəsait xərcləyir. Hafiz bəyə çox böyük hörmətim var. O ki qaldı sualınıza, həmin vaxt "Bakı"dan təklif almamışdım. Heç kim mənimlə əlaqə saxlamamışdı.

- Bəs, təklif olsa necə, yenidən "Bakı"ya qayıdarsınız?

- Bu gün üçün mümkün deyil. Çünki mənim komanda ilə müqaviləm var. Hazırda işsiz deyiləm. Amma nə vaxtsa Azərbaycana qayıtmağı, yenidən orada işləməyi mən də planlaşdırıram. Amma indi yox, bir neçə ildən sonra. Əgər "Bakı"dan təklif gəlsə, məmuniyyətlə yenidən klubun başına keçərəm. Dediyim kimi, o klubun Hafiz Məmmədov kimi prezidenti var.

- Təklif, "Bakı"dan yox, başqa klubumuzdan gəlsə? Yenə də qəbul edərsiniz?

- Gəlin, indidən bu haqda danışmayaq. Çünki mənim hazırda "İstanbul BB" ilə müqaviləm var.

- Mən indini yox, bir neçə il sonranı nəzərdə tuturam.

- Belə deyək də, əgər Azərbaycanın başqa bir klubundan təklif alsam, yenə də ilk növbədə Hafiz bəylə danışaram. Əgər Hafiz Məmmədov razılıq versə, Azərbaycanın başqa bir klubunda da çalışa bilərəm.

- Bir müddət əvvəl xəbər yayılmışdı ki, sizin rəhbərlik etdiyiniz "İstanbul BB" "Neftçi"nin futbolçusu Cavid İmamverdiyevlə maraqlanırdı. Bu xəbər nə dərəcədə doğru idi?

- Mən həmin oyunçunu tanıyıram. Amma nə mən, nə də "İstanbul BB"dən kimsə, həmin futbolçunun keçidi ilə bağlı "Neftçi"yə müraciət edib. Ümumiyyətlə, bizim belə bir istəyimiz olmayıb. Biz Cavid maraqlanmamışıq.

- Bəs, ölkəmizdən hansısa futbolçu ilə maraqlanırsınızmı?

- Bəli, marağımda olan 4 futbolçu var. Həmin oyunçuların çıxışlarını yaxından izləyirəm. Hamısı da 1996-cı il təvəllüdlüdü. Amma onların adlarını və klublarını deməyəcəyəm. Həmin oyunçularla çox ciddi şəkildə maraqlanıram. Hər biri istedadlı oyunçulardı.

- Onların nə vaxtsa Türkiyə Superliqasında görə bilərik?

- Bu onların özlərindən asılıdır. Əgər üzərlərində işləsələr, daha da "artırsalar", gələcəkdə Türkiyədə çıxış edə bilərlər.

- "Bakı"dakı sabiq futbolçularınızdan kiminləsə əlaqə saxlayırsınız?

- Sözün açığı, indi çox məşğulam, boş vaxtım demək olar ki, olmur. "Bakı" klubunun direktoru Yaşar Seyidovla arada zəngləşib, hal-əhval tuturuq. Bir də sabiq futbolçum Sissoko arada mesaj yazırdı. Eləcə də klubda çalışan bəzi şəxlərlə danışırıq. Ötən il Topazın tədbiri ilə bağlı Azərbaycana gəlmişdim. Həmin vaxt "Bakı"nın bazasında oldum və bütün komanda üzvləri ilə görüşdüm. Sizin vasitənizlə də Azərbaycanda məni tanıyan hər kəsə öz salamlarımı çatdırıram.      



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail