"Qəbələ" "Şerif"lə razılığa gəldi

17.03.2013 | 4684 dəfə oxunub

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Moldovada təşkil olunan turnirdə iştirak edir. Stadium.az xəbər verir ki, dünən keçirilən "Şerif" - "Qəbələ" oyunundan sonra komandanın rəsmiləri akademiya direktorunun müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fiçıcı, məşqçilər Uğur Kurt və Hüseynqulu Quliyev "Şerif" Akademiyasının direktor müavini Yevqeniy Molovat ilə görüşüb. Görüş zamanı hər iki tərəf akademiyaların fəaliyyəti barədə təcrübələri və gələcək planları barədə məlumat verib. Molovat "Qəbələ"nin turnirdəki çıxışını yüksək qiymətləndirib və final oyununda uğurlar arzulayıb. Komandaların akademiya səviyyəsində əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparan rəsmilər əməkdaşlıq barədə şifahi razılığa gəliblər. Sonda "Qəbələ" rəsmiləri "Şerif"in bazası ilə tanış olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail