Toşak: "İndidən heç nə söz vermək olmur"

17.03.2013 | 4596 dəfə oxunub

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Benjamin Toşakın təqdimetmə mərasimi olub. Stadium.az xəbər verir ki, eulsli mütəxəssis tədbir zamanı jurnalistlərin suallarını cavablandırıb.

- Hər məşqçi yeni klıuba gedəndə istədiyini oyunçuları gətirir. Sizdə bu, necə olacaq və gedənlər haqda nə deyə bilərsiniz?
- Mən hələ komandanı görməmişəm. Oyunçuları görməmiş qərar vermək istəmirəm. 
- Sizə Azərbaycandan təklif gələndə, ilk olaraq düşündünüz və bura gəlməyə əsas stimul verdi?
- Mənə ilk olaraq “Beşiktaş”ın keçmiş prezidenti bu haqda məlumat verdi. O dedi ki, cənab Mübariz Mənsimov sizinlə danışmaq istəyir. Burda 2 dəfə olmuşdum və Azərbaycan haqda təsəvvürüm vardı. Mən Mənsimovla danışmağa dərhal razılıq verdim və İstanbula gəldim. Düşündümü ki, bu, mənim üçün maraqlı iş, çağırış olacaq. 
- Azərbaycana gələn əcnəbi məşqçilər əksər hallarda uğursuzluqla üzləşirlər. Siz bundan qorxmursunuz?
- Mən bu haqda danışmaq istəmirəm. Bu, futboldur, indidən heç nə söz vermək olmur. Hansı tanınmış məşqçilər uğursuz olub ki?
- Məsələn, Vlastimil Petrjela, Toni Adams...
- Petrjelanı tanımıram. Adamsı isə mərkəz müdafiəçisi oynadığı vaxtdan tanıyıram.
- Demək olar ki, “Xəzər Lənkəran” sizin rəhbərliyiniz altında Britaniya futbolu oynayacaq?
- Bunu indidən demək olmaz. Futbolçularea uyğun taktika quracağıq. Məsələn, İspaniyada “Real”la “Barselona”, İngiltərədə “Çelsi”, “Arsenal” tam fərqli oyun nümayiş etdiirilər.
- “Xəzər Lənkəran” gələn il 10 illik yubileyi olacaq. Öz-özünüzə düşünmüsünüz ki, klub bu müddətdə niyə bu qədər məşqi dəyişib?
- Bu, mənə aid sual deyil. Məsələn, “Real”da 12 ildə 14 məşqçi dəyişidi. Futbolda belə tez-tez dəyişiklər var. 
- Siz Makedoniya yığmasından orada yaşamaq istəmədiyinə görə çıxarıldınız. Lənkəranlı azarkeşlərdə avtomatik sual yaranır: Komanda Lənkəranda olacaq, yoxsa Bakıya köçəcək?
- Burada fərqli məqamlar var. Əvvəlla, onda yığmada, indi klubda işləyirəm. Makedoniya çempionatının səviyyəsi aşağıdır. Yığmanın futbolçulaı hamısı xaricdə oynadıqlarından, mənim yerli futbolçuları izləmək üçün qalmağıma ehtiyac yox idi. Mənim Makedoniya Futbol Federasiyasının keçmiş prezidenti ilə belə danışığım olmuşdu ki, orada çox qalmayacağam. Ancaq federasiya rəhbər dəyişikliyi olandan sonra vəziyyət dəyişdiyindən, yollarımız ayrıldı. Lənkərana isə tezliklə gedib vəziyyətlə tanış olmaq, işə başlamaq istəyirəm. Orada azarkeşlərin çılğın olduğunu bilirəm.
- Sizə bundan öncə “Bursaspor”dan təklif olsaz da, “Xəzər Lənkəran”ı seçdiniz. Niyə Türkiyə yox, AZərbaycan klubuna üstünlük verdiniz?
- Bu təklif 1 ay öncə olmuşdu. Mənə “Buraspor”dan Ərtoğrul Sağlam gedəndən sonra heç bir rəsmi təklif olmayıb. 
- Millimizin baş məşqçisi Berti Foqts futbolçuları uzun müddət təlim-məşq toplanışına aparır. Sizin buna münasibətiniz necədir və futbolçularınızı yığmaya buraxmamağınız mümkündür?
- Onu demək istəyirəm ki, FİFA və UEFA-nın milli ilə bağlı normaları aydındır. Təcrübəmə əsaslanaraq deyirəm ki, əvvəllər belə təcrübə ilə qarşılaşmamışam. Buna görə də bir şey deyə bilmərəm. Ancaq Foqtsu yaxşı tanıyıram. Onunla 2 dəfə üzləmişəm. Biri futbolçu kimi “Liverpul” – “Borusssiya” matçında, digəri isə baş məşqçi kimi Uels – Azərbaycan matçında. Foqtsla görüşüb onunla fikir mübadiləsi aparmaq istəyirəm. Təbii ki, milli hamımız üçün önəmlidir. Hamımız ona kömək istəyirəm. Ancaq mənim üçün yağlı çörək “Xəzər Lənkəran” olduğundan, onun nəticəsini düşünürəm.
- Sizə Azərbaycan futboluna uyğunlaşmaq çətin olacaq, yoxsa öz sisteminizi bura tətbiq etmək?
- Mən artıq 1-ci dəfə deyil ölkədən kənarda çalışdığından, reallığı yaxşı bilirəm. Dediyiniz kimi hər ikisi vacibdir. Ancaq bu, 1 həftəyə baş verəsi məsələ deyil. Zamana ehtiyac var və adaptasiya olmalıyıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail