"Qəbələ" vətənə gümüş medalla dönür

17.03.2013 | 4927 dəfə oxunub

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçular arasında keçirilən beynəlxalq turnirə bu gün baş tutan matçlarla yekun vurulub. Stadium.az xəbər verir ki, daha öncə keçirdiyi 4 matçda qalib gələrək finala vəsiqə qazanan "Qəbələ" həlledici oyunda Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə qarşılaşıb. Qrup mərhələsində üz-üzə gələn komandaların ilk duelindən "Qəbələ" qalib ayrılmışdı - 2:1.

Final matçına tərəflər kəşfiyyat xarakterli hücumlarla start veriblər. İlk yarı ərzində hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab açılmayıb. İkinci hissə də eyni ssenari üzrə davam edib. Matçına sonlarında "Qəbələ" bir neçə əlverişli imkan yaxalasa da, şansdan yararlana bilməyib və matç başladığı hesabla sona çatıb. Qalibi müəyyənləşdirmək üçün birbaşa penalti vuruşlarına keçilib. Penalti vuruşlarını daha dəqiq yerinə yetirən ukraynalılar 4:2 hesabilə qalib gəliblər və qızıl medallara sahib olublar.
Final matçının ardından turnirin mükafatçılarının və müxtəlif nominasiyalar üzrə qaliblərinin təltifetmə mərasimi baş tutub. İkincilik kuboku və gümüş medallara sahib çıxan futbolçularımız daha iki nominasiyanın da qalibi olublar. Komandamızın üzvü Coşqun Sülüymanov "ən yaxşı hücumçu", Süleyman Süleymanov isə "ən yaxşı qapıçı" mükafatlarına sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail