"Simurq" Gürcüstan klubu ilə qarşılaşacaq

18.03.2013 | 4765 dəfə oxunub

"Simurq" DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Gürcüstana yola düşəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda 22-dən 24-nə qədər qonşu ölkədə məskunlaşacaq və bir yoldaşlıq görüşü keçirdəcək. Zaqatala təmsilçisinin rəqibi hazırda daxili çempionatlarında ikinci pillədə qərarlaşan "Dila" klubu olacaq. Qarşılaşma martın 23-də, saat 16:00-da Tiflis şəhərində keçiriləcək.    

Qeyd edək ki, "Simurq"un rəqibi hazırda Gürcüstan çempionatında çempionluğa real namizədlərdən biridir. Bu komanda lider "Dinamo"dan 3 xal geri qalır. "Dila" klubu ötən mövsümdə uğurlu çıxış etmişdi. Qori təmsilçisi Avropa Liqasının play-off mərhələsində Portuqaliyanın "Maritimo" klubuna məğlub olaraq turnirdən uzaqlaşmışdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail