Rəşad Sadiqov: "1 xala da sevinirik ki, səfərdə bunu qazanmışıq" Müsahibə

23.03.2013 | 5459 dəfə oxunub

Milli komandamızın futbolçusu Rəşad Sadiqov Lüksemburq yığması ilə oyundan sonra bu ölkəyə ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Oyunu necə dəyərləndirədiniz?
- Lüksemburqla matç bizim üçün çətin oldu. Belə olacağını əvvəlcədən də bilirdik. Meydançanın palçıqlı olmağı da öz sözünü dedi. Hamı sürüşürdü, bir az çətinlik çəkirdi. Mən deyərdim ki, bəlkə bəxtimiz də gətirmədi. Ancaq yenə 1 xala da sevinirik ki, səfərdə bunu qazanmışıq. İnşallah, Lüksemburqu evdə udmağa çalışacağıq.

- Komandanızda siz yer aldığınız orta xətdə boşluq vardı. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bu, oyunda da hiss olunurdu. Çünki ortada demək olar 2 nəfər – mənimlə Ruslan Abışov qalırdı. Bu, hücumameyyli yarımmüdafiəçilərimizin bir az arxaya qayıtmamağından irəli gəlirdi. Mənə elə gəlir ki, gəlib kömək etsəydilər, komandaya daha asan olardı. İki nəfərlə daim qabağa, arxaya oynamaq çətin olur. Bu zaman futbolçular tez yorulur.

- Baş məşqçi oyundan əvvəl, yaxud fasilədə nə tapşırıq vermişdi?
- Əvvəldən hücum taktikası oynayıb qələbə qazanmalı olduğumuzu demişdi. Ancaq alınmadı, qismətimizdə yox idi.

- Biz görmüşük ki, yığmamız adətən qısa ötürmələrlə oynayır. Ancaq bu də daha çox uzun ötürmələrlə oynadıq...
- Doğrudan da yerin palçıqlı olmağı öz sözünü dedi. Özünüz də görürdünüz ki, hamı yerə yıxılırdı. Belə oynamağımız bununla bağlıdır. Çünki meydanşa yaxşı, ideal olanda adam istər-istəməz qısa ötürmələrlə oynayır. Meydança sürüşkən olanda yaxın oynayırsan, adam özü yıxılır, topu itirirsən. Bu, bir az problem yaradır.

- Ancaq rəqib qısa ötürmələrlə oynayırdı...
- Onlar ortada çoxluq yaradırdılar və buna görə də məcbur qısa oynayırdılar. Bizə də çətin anlar yaşadırdılar.

- Sizin qabağınızda Pərdis Fərcad Azad oynayaraq, millimizdə ilk rəsmi oyununu keçirdi. Sizcə, bu hücumçu millimizə kömək edə bilərmi?
- Bəlkə də edə bilər. Bunu məşqçilər dəqiqə deyə bilər. Hər halda, ilk oyunudur. Birinci dəfədir əsas heyətdə oynayır. Onun 1 qol epizodu da oldu, top dirəkdən qayıtdı.

- Bizə elə gəldi ki, komanda 10 nəfərlə oynadı...
- Mən elə deməzdim. Çünki kollektiv oyundur. Hamımız heç-heç oynadıq.

- Oyunu stadiondan izləyən AFFA prezidenti Rövnəq Abdullayev matçdan sonra paltardəyişmə otağına gəlib sizə nəsə dedi?
- Gəlib bizə üzülməməyimizi bildirdi. Səfərdə 1 xal qazanmışıq və 3 gün sonra Portuqaliya ilə evdə oyunumuz var. İnşallah, komanda həmin matçda qələbə, yaxud heç-heçə temək istəyər. Bunun üçün çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail