"Atletiko" "Land of fire Azerbaijan"ı "Bwin"ə dəyişir?

23.03.2013 | 6782 dəfə oxunub

Madrid "Atletiko"su bukmeyker kontoru "Bwin"lə sponsporluq müqaviləsi haqda danışıqlar aparır. Stadium.az Futbolxeber.az saytına istinadən xəbər verir ki, bu haqda İspaniyanın "AS" nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, bukmeyker kontorunun adı növbəti mövsümdən etibarən "Atletiko"nun formasında yer ala bilər. Buna baxmayaraq, "Atletiko" "Land of fire Azerbaijan" reklamını da saxlamaq istəyir.

Xatırladaq ki, "Atletiko" yanvardan etibarən "Bakı" klubu ilə əməkdaşlığı çərçivəsində meydana üzərində "Land of fire Azerbaijan" yazılmış formalarla çıxır. Buna görə "Atletiko" 12 milyon avro əldə edib.

Maraqlıdır ki, bir müddət əvvəl "Bakı" ilə "Atletiko" arasında imzalanmış müqaviləyə əsasən Madrid klubunun növbəti mövsümdə də meydana eyni forma ilə çıxacağı bildirilirdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail