Ramiz Məmmədov: "Həmin məğlubiyyəti uzun illər unutmayacağıq" Müsahibə

23.03.2013 | 5735 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Artıq bir neçə gündür ki, komandanız məşqlərə başlayıb. Hazırlıq prosesi necə keçir?

- Ayın 19-dan etibarən məşqlərə başlamışıq. Bildiyiniz kimi, 5 futbolçumuz milli komandaların düşərgəsinə yollanıb. Onların yoxluğunda məşqlərimizi davam etdiririk. Bu fasilə bir qədər də xeyrimizə oldu. Çünki bu müddət ərzində zədəli futbolçularımız bərpa olunub, sıraya dönüblər. Gündə 2 dəfə, normal şəkildə məşqlərimizi edir, bayram əhval-ruhiyyəsində qarşıdakı oyunlara hazırlaşırıq.

- Özünüz də qeyd etdiniz ki, 5 futbolçunuz müxtəlif milli komandaların düşərgəsinə yollanıblar. Həmin oyunçuların hazırda hazırlıq prosesindən kənarda qalmaları qarşıdakı oyunlarda çıxışınıza mənfi təsir göstərə bilərmi?

- Təbii ki, hər bir məşqçi istər ki, tam heyətlə məşq keçsin, bütün futbolçuları əlinin altında olsun. Yığmamız da hazırlığa bir qədər erkən başlamışdı. Yəni, komandanı əvvəldən yığmışdılar. Əlimizdən nə gəlir ki? Dözməliyik. Amma bu haqda narazılıq etməyimiz yersizdi. Çünki hər birimiz Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Bizim əsas məqsədimiz də odur ki, milli komandamız daha da inkişaf edib, yaxşı nəticələr qazansın.

- Dejan Kelharı əvəzedici heyətə göndərdiyiniz doğrudur?

- Bəli, Kelharı əvəzedici heyətə göndərmişəm. Son turda zəif çıxış etdiyinə görə bu qərarı qəbul etdim. İndi o əvəzedici heyətdə məşq edir.

- Kelharı hansı müddətə əsas komandadan kənarlaşdırmısınız?

- İndidən bu haqda dəqiq bir söz deyə bilmərəm. Onun komandaya qayıdıb-qayıtmayacağına sonra baxacağıq.

- Son turlar "Qəbələ" uğursuzluğa düçar oldu. Ardıcıl 2 yenilginin səbəbini nədə görürsünüz?

- Millinin oyunları ilə əlaqədar olaraq çox sıx qrafikdə oynadıq. 3-4 gündən bir vacib oyunlara çıxdıq. Eyni zamanda əsas problemimiz qol epizodlarından faydalana bilməməyimizdir. Hər oyun ən azı 5-6 qol epizodu yaxalasaq da, bundan faydalana bilmirik.

- Qarşıda komandanızı "Qarabağ"la çətin oyun gözləyir. Yəqin ki, qarşıdakı oyunda uğursuzluğa son qoymaqla yanaşı, həm də kubokdakı yenilginin əvəzini çıxmağa çalışacaqsınız?

- "Qarabağ"la oyuna çox ciddi şəkildə hazırlaşırıq. "Qarabağ" çox güclü komandadır. Bizə qarşı da yaxşı oynanıyırlar. Amma bizim artıq geriyə yolumuz yoxdur. Bu oyunda uğursuzluğa son qoymalıyıq. Kubokda bəxtimiz gətirmədi. Ev oyununda qapımızda qol buraxıb, qələbəni əldən verdik. Səfər oyununda isə rəqibdən daha yaxşı oynadıq, daha çox hücum etdik, lakin heç cür son nöqtəni qoya bilmədik.

- Təsnifat mərhələsinin son turunda komandanız gözlənilmədən AZAL-a böyükhesabla uduzdu. Ola bilərmi ki, komanda hələ də 1:6-lıq yenilginin şokunu üzərindən atmayıb?

- Nə qədər desəm ki, həmin oyunu unutmuşuq, yalan olar. AZAL-la oyundan sonra əlimizdən gələni etdik ki, komandanı psixoloji gərginlikdən çıxaraq. "Qarabağ"a qarşı keçirdiyimiz oyun da göstərdi ki, müəyyən dərəcədə buna nail olmuşuq. Həmin gün komanda haradasa 60-70 faiz yenilgini unutmuşdu. İndinin özündə də uşaqlarla söhbət edəndə bildirirəm ki, o məğlubiyyət artıq keçmişdə qaldı. İndi nəyisə dəyişə bilmərik. İrəliyə baxıb, gələcəyi düşünməliyik. Amma klubda çalışan hər kəs, eləcə də biz məşqçilər həmin məğlubiyyəti uzun illər unuda bilməyəcəyik. İstəsək də, bu, mümkün deyil.

- Dünən milli komandamız Lüksemburqla səfərdə qolsuz heç-heçə etdi. Bu oyun haqda da fikirlərinizi bilmək maraqlı olardı.

- İlk növbədə komandanı təbrik edirəm, səfərdə 1 xal qazandıq. Təbii ki, hər kəs istərdi ki, millimiz vətənə qələbə ilə dönsün. Məncə, millimiz Lüksemburqu məğlub etməliydi. Dünən reytinqdə bizdən aşağıda olan komandaların əksəri məğlub oldu. Biz də qələbə qazansaydıq, yaxşı olardı. Lakin qələbə qazana bilməməyimizə baxmayaraq, düşünmürəm ki, uşaqlar pis oynadılar. Onlar Foqtsun verdiyi tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi Portuqaliya ilə çətin oyun gözləyir. Ümid edirəm ki, həmin oyunda komandamız uğur qazanacaq. Öz növbəmdə milli komandaya Portuqaliya ilə oyunda uğurlar arzulayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail