"Lüksemburqu udmağa borclu idik"

25.03.2013 | 4793 dəfə oxunub

Sabah Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə qarşılaşacaq yığmamızın üzvləri bu gün oyunqabağı mətbuat konfransı keçiriblər. Stadium.az xəbər verir ki, jurnalistlər önünə çıxan yığmamızın qapıçısı Kamran Ağayev bildirib ki, millimiz Lüksemburqu udmağa borclu idi: "Kimin meydana çıxacağı hələ bilinmir. Çıxsam, milliyə kömək etmək üçün əlimdən gələni edəcəyəm. Millidə əsas heyət oyunçusu olmur. Bu, klub deyil. Hamı hazır olmalıdır. Millidə əsas xarakter rol oynayır. Millinin futbolçusu peşəkar olmağa məcburdur. Bizi tənqid edirsiniz, haqlısınız. Ancaq o demək deyil ki, rəqib küçədən gəlib. Səfərdə heç-heçə pis nəticə deyil. Hər halda, udmağa borclu idik. Rəqib meydanında ehtiyatlı oynayırdıq. Udmaq istəyəndə, uduza bilərdin. Basketbol deyil ki, rəqibi əks-hücumda tutub fərqlənəsən”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail