Paulu Bentu: "Azərbaycana uduzmaq ağlımızdan keçmir"

25.03.2013 | 4229 dəfə oxunub

"Sabah yaxşı müdafiə olunan komandaya qarşı oynayacağıq. Bizim üçün çətin oyun olacaq. Azərbaycanın ev oyunlarına baxmışıq. Evdə yaxşı oynayırlar. Ancaq əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq". Stadium.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu deyib.

Ronaldonun İsraillə oyunda qəsdən sarı vərəqə almasını təkzib edən Bentu bildirib ki, həm Kriştianu, həm də Nani komanda üçün önəmli futbolçulardı: "Amma bizim komanda Ronaldo, ya da Nanidən asılı deyil. Onları əvəz edə biləcək oyunçularımız var və bu futbolçular sabahkı qarşılaşmaya hazırdılar. Meyreleş də tam hazır olsa, oynayacaq".

Sonda isə Portuqliya millisinin baş məşqçisi qeyd edib ki, yığmamıza uduzmağı düşünmürlər: "Fikrimiz Azərbaycanla matçda qələbə qazanmaqdı. Azərbaycana uduzmaq ağlımızdan keçmir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail