Maurinyo İngiltərə futboluna olan sevgisindən danışdı

26.03.2013 | 4465 dəfə oxunub

"Real"ın baş məşqçisi Joze Maurinyo gələcək planları haqda danışıb. Stadium.az xəbər verir ki, portuqaliyalı mütəxəssis növbəti dəfə "Çelsi"yə və ümumilikdə İngiltərə futboluna olan sevgisindən bəhs edib: "Hazırda gələcəyimlə bağlı yayılan şaiyələr mənə qətiyyən təsir göstərmir. Mənə yaxın olan insanlar bilirlər ki, indi məni ancaq "Real"ın uğurları düşündürür. İnkar etmirəm, İngiltərəni çox bəyənirəm. Hava şəraitini çıxmaq şərti ilə. "Çelsi"yə qarşı qəlbimdə xüsusi sevgi var və bu səbəbdən də 1 gün ya ora, ya da İngiltərənin başqa bir klubuna üz tutacağam. "İnter" kimi "Çelsi"ni də çox sevirəm. O ki qaldı "Mançester Yunayted"ə, bu, ser Aleksin krallığıdır. O əbədi olaraq, orada qalsa, çox şad olaram. "Mançester Siti"nin də baş məşqçisi postu boş deyil. Axı Roberto Mançininin klubla müqaviləsi var. Ötən mövsüm Mançini "Siti"ni çempionluğa daşıdı və buna görə də düşünürəm ki, cari mövsümdəki uğursuzluğa baxmayaraq, o postunda qalacaq. Bir sözlə, hər kəsə uğurlar arzu edirəm. Hətta Benitesə də. İnanıram ki, onun "Çelsi"dəki işi uğurlu alınacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail