"Hər 2 yığmada futbolçuların hansı klublarda oynadığını müqayisə edin"

26.03.2013 | 4111 dəfə oxunub

Milli komandamızın baş məşqçisi Berti Foqts Portuqaliya ilə oyundan sonra mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, alman məçqçi ilk növbədə qarşılaşma barədə danışıb:

- Hakimin belə qərarından sonra razı olmalıyıq. Komandamdan tam razı qalmadım. Mən sürətli oyun, rəqibə qarşı təzyiq gözləmirdim. Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını gözləyirdim. Bizim da qol şanlarımız vardı. Görünür, bəzi futbolçularımızın gücü çatmadı. Rəqibi qələbə münasibətilə təbrik etməliyik. 

- Avropada hörmətli olan Berti Foqtsun komandasının rəqib qapısına bir dəqiq zərbə vura bilməməyi ona necə zövq verir?
- Bu, sərt sualdır və futbolçuları tənqid edirsiniz. Azərbaycan futbolu inkişaf prosesindədir. Məncə, bu sualı verməmişdən öncə hər 2 yığmada futbolçuların hansı klublarda oynadığını müqayisə edərdiniz. Mənə gənc futbolçuların düzgün inkişaf istiqaməti xoş gəlir. 

- Meydanda eyni tipli 2 futbolçunun – Cavid Hüseynovla Elvin Məmmədovun olması nə ilə bağlıdır? Bunu səhv qərar sayırsınız?
- Mən heyət barəsində sizinlə müzakirə etmək istəməzdim. Onu deyə bilərəm ki, onlar eyni tipli oyunçular deyil. Elvin hücumameylli oynayırdısa, Cavid isə daha çox müdafiəyə kömək edirdi.

- Siz 5 ildə Azərbaycan futboluna etdiklərinizə görə xəcalət çəkirsiniz?
- Biz harda dururduq, indi FİFA reytinqində hardayıq. Bu illərdə millidə çoxlu gənc futbolçular olub. Mən onu istəyirəm ki, futbolçular klublarda daha çox məşq etsinlər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail