Foqts bu dəfə də təyyarəni bəhanə gətirdi

27.03.2013 | 4809 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində Portuqaliyaya 0:2 hesabı ilə uduzduqların oyundan sonra Almaniya mətbuatına açıqlama verib. Stadium.az xəbər verir ki, “Bild” qəzetinə müsahibəsində o bildirib ki, Lüksemburqla qarşılaşmadan sonra, Portuqaliya ilə oyun ərəfəsində komandası çox yorğun olub. Azərbaycan millisi üçün ayrılan təyyarənin çox darısqal olduğunu söyləyən alman məşqçi futbolçuların normal istirahət edə bilmədiyini deyib.

“Bild” qəzetinin iddiasına görə, təyyarə o qədər balaca olub ki, hətta futbolçular döşəmədə yatıblar. Qeyd edək ki, bu iddianın doğru olması şübhə doğursa da, Foqts özü məlumatı təkzib etməyib: “Bizə səhv təyyarə göndərilmişdi. Belə şeylər inanılmazdı”.

Berti Foqts Portuqaliya məğlubiyyətinin bir səbəbini də klublarda görüb. O qeyd edib ki, klub komandalarında hazırlıq lazımi səviyyədə deyil. Almaniyalı mütəxəssis yerli bəzi məçqçilərin millinin təlim-məşq toplanışını ləğv etməyə çalışdırlarını da qeyd edib: “Onlar görünür FİFA-nın təqvimi haqda heç vaxt eşitməyiblər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail