"Bakı" "Simurq"la oyunun hazırlıqlarını davam etdirir

27.03.2013 | 5226 dəfə oxunub

Azərbaycan Topaz Premyer Liqasının XXIV turunda Zaqatalada "Simurq"un qonağı olacaq "Bakı" hazırlıqlarını klub bazasında keçirdiyi məşqlə davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bugünkü məşqdə milli komanda heyyətində Portuqaliyaya qarşı oyunda yüngül zədə alan Rauf Əliyev, hərarəti olan Cavid Hüseynov, U-21 milli komandamızın Avstriyada keçirdiyi təlim-məşq toplantısına qatılan Şəhriyar Əliyev, Nurlan Novruzov və Litva yığmasının düşərgəsində olan Deyvidas Çesnauskis yer almayıblar.

Novruz Məmmədov və Vinston Parks fərdi çalışarkən, milli komandadan qayıdan Elvin Məmmədov qaçışla kifayətlənib.

Adları çəkilən futbolçulardan fərqli olaraq komandanın baş məşqçisi Bojidar Bandoviçin rəhbərliyi altında qrup halında hazırlaşan digər oyunçular qızınma hərkətlərinin ardınca topla təmrinlərə keçiblər. 

Məşq qısamüddətli ikitərəfli oyunla yekunlaşıb.

Bakıda son məşqini keçirən "Bakı" sabah (28 mart 2013) Zaqatalaya yola düşəcək. 

Xatırladaq ki, Azərbaycan Topaz Premyer Liqasının XXIV turunun "Simurq" - "Bakı" qarşılşaması 30 mart 2013-cü il tarixində Zaqatala şəhər stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail