"Rəvan"ın futbolçusu millidə növbəti matçına çıxdı

27.03.2013 | 4030 dəfə oxunub

"Rəvan” futbol klubunun litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas uzun fasilədən sonra dəvət aldığı milli komandada növbəti oyununa çıxıb. Stadium.az "Rəvan"ın rəsmi internet saytına istinadən xəbər verir ki, komandanın "10” nömrəsi martın 26-da Albaniyanın paytaxtı Tirana şəhərində yerli yığma komandaya qarşı keçirilən görüşdə meydana çıxıb.

Düzdür, Kalonas Slovakiya ilə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turnir oyunundan fərqli, bu dəfə sonradan meydana çıxıb. O, 64-cü dəqiqədə komanda yoldaşını əvəzləyərək oyuna qoşulub. Litva millisi məhz bu dəyişiklikdən sonra təşəbbüsü ələ ala və hesab arasındakı fərqi azalda bilib. Oyun Albaniya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq litvalıların macar çalışdırıcısı Çaba Laslonun bu oyunda müxtəlif səbəblərdən 7 əsas heyət futbolçusunun xidmətindən yararlanmadığını da qeyd etməliyik. Başqa sözlə, litvalılar eksperimentlərə əl ataraq nəticəni yox, gələcək perspektivi düşündüklərini göstəriblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail