"Hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdir"

28.03.2013 | 5452 dəfə oxunub

Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədovun ötən həftə 2013-cü ildə keçirdiyi ilk reytinq döyüşündə - təcrübəli polşalı boksçu Mariuzs Biskupski üzərində qələbə qazanması barədə məlumat vermişdik. Stadium.az xəbər verir ki, bu gün boksçumuz vətənə qayıdıb. Fariz Məmmədovu hava limanında ölkə bokssevərləri və media nümayəndələri qarşılayıb. Qalib boksçumuza çələng təqdim olunub. Daha sonra isə Məmmədovun iştirakı ilə media nümayəndələri üçün qısa brifinq təşkil edilib. Sualları cavablandıran Fariz Məmmədov diqqətə görə bokssevərlərə və ölkə kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirib. Döyüş barədə medianı məlumatlandıran boksçu döyüşün çətin keçdiyini, amma ağır məşqlər sayəsində qələbə qazandığını söyləyib:

“Döyüşə qədər bir sıra fiziki və psixoloji problemlərlə üzləşdim. Ağır məşqlərdə əlim zədələndi. Daha sonra yaxın dostum, “Qəbələ”nin sabiq əməkdaşı, keçmiş boksçu Mübariz Nəcəfov dünyasını dəyişdi. Bu hadisə mənə çox ağır təsir etdi. Mübarizlə Almaniyaya birlikdə getməliydik. Hətta onun adını məşqçi kimi iştirak ərizəsinə də salmışdıq. Amma əcəl buna imkan vermədi. Öncədən də bu görüşdə Mübarizin adına döyüşəcəyimi demişdim. Çətin döyüş olacağını bilirdik. Rəqibim peşəkar araneda məndən daha təcrübəli idi. Həmd olsun ki, döyüşdən üzüağ çıxmağı bacardım. Qələbəni Mübarizə həsr edirəm”.

Gələcək planlar barədə danışan Fariz Məmmədov qarşıda onu maraqlı döyüşlərin gözlədiyini, Avropa çempionu olmaq istədiyini bildirib:

“Maraqlı təkliflər var. Bu təkliflər üzərində düşünürük. Bildiyiniz kimi mən karyeram ərzində bir sıra titullara sahib çıxmışam. Hazırda hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdir və bu istiqamətdə irəliləyirəm. Hazırda Avropada reytinqdə ikinci sıradayam. Mayda mühüm döyüşüm planlaşdırılır. Amma rəqibim hələ ki, müəyyənləşməyib. Bilirəm ki rəqiblərim getdikcə ciddiləşir. Bundan əlavə dekabr ayında Azərbaycanda ilk dəfə Bakıda Avropa kəməri uğrunda döyüşüm gözlənilir. Məndən başqa boksçumuz Azad Əzizovun da döyüşməsi planlaşdırılır. Həmin görüşlər “Eurosport” kanalı vasitəsilə canlı yayımlanacaq”.

Sonda Fariz Məmmədov hazırlığında önəmli rol oynayan məşqçilərinə və “Qəbələ” Futbol Klubuna təşəkkürünü bildirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail