Riçard Almeyda: "Simurq"a məğlubiyyət bizə dərs oldu"

29.03.2013 | 8020 dəfə oxunub

"Qəbələ"də olduqca güclü futbolçular var. Bu il onlarla oyunlarımız olduqca çətin keçib. Bu dəfə də istisna deyil". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Roçard Almeyda deyib.

Braziliyalı futbolçu klubun rəsmi saytına "Qəbələ" ilə oyun haqda danışarkən qeyd edib ki, "Simurq"a məğlubiyyətdən dərs alıblar: "Komandamız uzun müddətdir bir yerdə məşq etmir. Cəmi 2 dəfə birlikdə məşq etmək şansımız olub. Amma şikayətlənmək zamanı deyil. Qələbə qazanmaq lazımdır. "Simurq"a məğlubiyyət bizə dərs oldu. Aradakı məsafə səhvlərimizdən nəticə çıxarmaq üçün yetərli oldu. Oyun çox çətin olacaq. Rəqibimizin avrokubok üçün tək yolu çempionatda uğur qazanmaqdır. Ona görə də 3 xal üçün hər şey edəcəklər. Amma biz də eyni məqsəd üçün meydana çıxacağıq. Komandamızda itkilər var. Amma bu bizə bəhanə ola bilməz. Yeni transferlərimiz Reynaldo, Torres də düzəliblər. Opara da səviyyəsini hiss etdirir. Sabah 3 xal qazanıb rəqibə qarşı uğursuz sindroma son qoymaq istəyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail