"Qazandığımız təcrübə "Qəbələ"yə faydalı olacaq"

29.03.2013 | 5918 dəfə oxunub

Futbol və digər idman növləri qədər əməkdaşlarının ölkə xaricində təkmilləşməsinə də xüsusi diqqət ayıran “Qəbələ” Futbol Klubunun meydançalar və ot üzrə mütəxəssisləri - Orxan Yunusov və Ruslan Abdullayev bu yaxınlarda İstanbulda təcrübədə olublar. Stadium.az xəbər verir ki, "Türk Telekom Arena" və "Recep Tayyip Erdoğan adına Kasımpaşa" stadionunun ot örtükləri ilə bağlı praktiki məşğələlərdə iştirak edən klub əməkdaşları qazandıqları təcrübənin həm onların gələcək karyerasında, həm də “Qəbələ” meydançalarının daim ideal vəziyyətdə olmasında önəmli rol oynayacağını vurğulayıblar. Orxan Yunusov gabalafc.az-a açıqlamasında səfərin təfərrüatları barədə danışıb:

“Biz qardaş ölkəyə daha öncə “Qəbələ” Futbol Klubunda çalışmış, hazırda İstanbulda fəaliyyət göstərən Filip Şarplesin dəvəti ilə yollandıq. “Galatasaray”ın oyunlarını keçirdiyi Türk Telekom Arenada və Recep Tayyip Erdoğan adına Kasımpaşa stadionunda təcrübə keçdik. Səfər müddətində sözügedən stadionlarda istifadə edilən yeni texnikalar və onların fəaliyyət mexanizmi ilə tanış olduq. TT Arenada gün işıqlarını əvəz edən süni işıqlandırma qurğularının qoşulması qaydaları və bu qurğuların otun inkişafındakı müstəsna rolu barədə məlumatlar aldıq. Toxumun səpilməsindən sonra onun cücərməsini və inkişafını sürətləndirən xüsusi örtüklərin istifadəsini öyrəndik. Sonda mənə və Ruslana bu sənətin sirlərini öyrədən Filip Şarples yeni məhsullar barədə bizi məlumatlandırdı. Qazandığımız təcrübə gələcək karyeramızda mühüm rol oynayacaq və “Qəbələ”yə faydalı olacaq”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail