"Bakı" "Simurq"la oyuna hazırdı

30.03.2013 | 3853 dəfə oxunub

Azərbaycan Topaz Premyer Liqasının XXIV turunda "Simurq"un qonağı olacaq "Bakı" dünən oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxıb. Stadium.az xəbər verir ki, yüksək əhval-ruhiyyə şəraitində keçən məşq, təssüf ki, itkisiz ötüşməyib. Komandanın ispaniyalı hücumçusu Mario Martinez Rubio əzələsini dartaraq sıradan çıxıb. Onun sabahkı oyunda meydana çıxmayacağı qətiləşib.

Bu komandanın tək itkisi deyil. Daha 5 futbolçu məşqə qatılmayıb. Milli komandanın Portuqliya ilə oyununda zədələnən Rauf Əliyevin sırasına, xəstələnən və hərarəti olan Cavid Hüseynov və Deyvidas Çesnauskis də qatılıbıar. 

Beləliklə, zədədən sonra bərpa dövrü keçən Vinston Parks və Novruz Məmmədovun siyahısına oyunu buraxmalı olacaq daha 3 futbolçu əlavə olunub. 

Ciddi itkilərlə baxmayaraq, komanda bu turu 3 xalla başa vurmaq əzmindədir. Xatırladaq ki, bu mövsüm rəqiblər arasında baş tutan hər iki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail