Georgi Nikolov: "Neftçi”nin vicdanındakı ləkə böyükdür"

01.04.2013 | 5712 dəfə oxunub

"İnter"in prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçİ" ilə görüşdə qonaq azarkeşlərin meydançaya fişəng atmalarından narazı qalıb. Stadium.az xəbər verir ki, bolqar klub prezidenti klubun rəsmi saytında yazdığı bloqda "Şəfa"da baş verən olaya belə reaksiya verib: "Biz neçə il əvvəl özümə söz vermişdim ki, daha "Şəfa"da vandalizmə imkan verməyəcəyəm. Xatırladım ki, bu, "Xəzər Lənkəran"ın futbolçularının paltardəyişmə otağının qapısını sındırmalarından sonra baş vermişdi. Müəyyən vaxta qədər sözümü tutdum. Amma dünən (yazı dünən qələmə alınıb-red.) sakit vaxtın sonu çatdı. "Neftçi" "azarkeşlərinin" oyun zamanı meydana atdıqları məşələ futbolda yer yoxdur. Çünki futbol əyləncə, istirahət, hobbidir.  

Hansısa sayt yazıb ki, meydançada çox cüzi ləkə qalıb. Yox, əzizlərim, birinci “Neftçi”nin vicdanındakı ləkə böyükdür. İkincisi, zərər kifayət qədər çoxdur. Bu vandalizm aktına görə meydançanın 65x4 metr örtüyü tamamilə dəyişdiriləcək. Bu, əsla U-17 qızlar arasında dünya çempionatına görə  salınmış təzə meydança deyil. Bu meydança “İnter” klubunun mütəxəssisləri və əməkaşlarının səyləri nəticəsində düzəldilib. Buna görə “İnter” klubu tərəfindən 500 min manat pul ödənilib. Burada həmin "fanata" sual yaranır - o özlüyündə 500 000-i təsəvvür edə bilir? Ümumiyyətlə, o heç olmasa 500-ə qədər saya bilir?

Ümumiyyətlə, söhbət pulda, kluba dəyən dəyərdə deyil. İş ondadır ki, futbol xuliqanlığı sürət alır. Axı küçə oğlanlarının haqqında heç nə bilmədiyi "Eyzel" faciəsi məhz bu cür insidentdən sonra başlamışdı.

Heç kim məsləni şişirtdiyimi düşünməsin. Topaz Premyer Liqasında bu cür nümunərlə kifayət qədərdi, indi onları xatırlatmaq fikrində deyiləm.

Bizim qonaqpərvərliyimizə bəzi “qonaqlar” qafqazlılara xas olmayan biabırçılıqla cavab verdilər. Növbəti oyunlarda bu cür halların qarşısını almaq üçün xüsusi tədbir görəcəyik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail