"Simurq" "Qəbələ" ilə oyunun hazırlıqlarına başladı

01.04.2013 | 3435 dəfə oxunub

Ötən tur doğma azərkeşlər önündə "Bakı"ya minimal hesabla məğlub olan "Simurq" "Qəbələ" ilə oyunun hazırlıqlarına ara vermədən başlayıb. Stadium.az xəbər verir ki, dünən bir məşqə çıxan Georgi Çixradzenin yetirmələri, qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra iki qrupa bölünüb. Daha sonra əsas heyətdə qarşılaşmaya çıxan futbolçulara istirahət verilib, digərləri isə "kvadrat" və ikitərəfli oyunla hazırlılığı tamamlayıb.

Bu gündən isə "Simurq" iki məşqlə hazırlığı davam etdirəcək. Səhər çalışmaları trenajor zalında keçiriləcək, axşam məşqi isə Zaqatala şəhər stadionunda baş tutacaq. Komandamızın heyətində zədəli futbolçu olmasa da, kart cəzalılarının çoxluğu "Qəbələ" ilə oyun öncəsi məşqçilər korpusunu çətin vəziyyətə salıb. Mario Bojiç və Qərib İbrahimov son görüşdə dördüncü sarı vərəqəni aldıqlarından, növbəti turda meydana çıxa bilməyəcəklər. "Bakı" ilə qarşılaşmada dizindən zədə alan qapıçımız David Pietrzkeiviçin durumu isə qənaətbəxştdir. Polşalı əlcək ustası bugünkü məşqlərdə iştirak edəcək. 

Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu aprelin 5-də Qəbələ şəhər stadionunda keçiriləcək və qarşılaşma saat 16:00-da start götürəcək.       



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail