"Rəvan"ın futbolçusu tarixə düşdü

01.04.2013 | 4608 dəfə oxunub

"Rəvan” futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan”ı darmadağın etdi. Stadium.az xəbər verir ki, komanda "Dalğa Arena”da keçirilən oyunda ilk hissədən sonra hesabda 1:2 geri olsa da, fasilədən sonra fantastik çıxış edib rəqibə divan tutdu.

11 dəqiqəyə rekord

Bu qələbədə Xuan Manuel Vareanın da müstəsna rolu oldu. Argentinalı qoleador 61-72-ci dəqiqələr arasında 3 dəfə fərqlənməklə komandanın hesabda önə keçməsinə və üstünlüyünü artırmasına birbaşa səbəbkar oldu. Varea het-triki cəmi 11 dəqiqəyə reallaşdırmaqla Azərbaycan çempionatları tarixində rekorda imza atmış oldu. Hələ heç kim (ilk) 3 qolu(nu) belə tez müddətə vura bilməmişdi.

"Rəvan”da ilk…

Cari mövsümün ikinci het-trikinin müəllifi olan Xuan həm də "Rəvan”ın tarixinə düşmüş oldu. Belə ki, qollarının sayını 11-ə çatdırmaqla bu göstəricidə 2 rəqəmli nəticəyə çatan ilk "aslan” olan Varea həm də komandanın elitada 1 oyuna 3 qol vurmuş ilk futbolçusu kimi adını tarixə yazdırdı. Milli çempionatlarımız tarixində het-trik edən 23-cü futbolçu olan Varea legionerlərin 30-cu het-trikinin də müəllifi oldu. Ən əsası isə o, çempionatımızda 1 oyuna 3 qol vurmağı bacarmış ilk argentinalı futbolçu kimi də adını tarixə yazdırdı. Xüsusi olaraq qeyd edək ki, "Rəvan”ın əsas bombardiri bütün çempionat oyunlarını əvəzlənmədən keçirib və o, bu baxımdan da hamıdan seçilir.

…cari mövsüm ikinci het-trik

Qeyd edək ki, bu cari mövsüm qeydə alınan ikinci het-trikdir. Daha öncə dekabrın 3-də 15-ci tur çərçivəsində keçirilən "Turan” – "Kəpəz” oyununda (5:1) Tovuz təmsilçisinin malili hücumçusu Salif Ballo 3 qol vurmuşdu. O da maraqlıdır ki, çempionatın geridə qalan bölümündə artıq 3 poker reallaşıb: Nildo (Azal), Nikolas Kanales (Neftçi) və Pərdis Fərcad Azad (Sumqayıt) rəqib qapısına 1 oyunda 4 dəfə yol tapıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail