"Rəvan"ın darmadağının özəllikləri

01.04.2013 | 3689 dəfə oxunub

Topaz Premyer Liqasının son turunda "Rəvan” futbol klubu ”Turan”la üz-üzə gəldi. Stadium.az xəbər verir ki, "Rəvan"ın böyükhesablı qələbə (6:2) qazandığı matç bir sıra özəllikləri ilə yadda qaldı.

* "Rəvan” Premyer Liqada keçirdiyi ikinci mövsümdə 69-cu qolunu vurub qazandığı xalların sayını 69-a çatdırdı. Maraqlıdır ki, bu balans ev və səfər oyunlarında da qorunur. Doğma divarlar arasındakı matçlarda göstərici müvafiq olaraq 36 qol və 36 xala bərabərdisə, səfər görüşlərində bu rəqəm 33-ə bərabərdir.

* Bu qələbə ilə komanda Premyer Liqa tarixindəki ən böyükhesablı zəfərini bir qədər də yenilədi. Belə ki, ötən mövsümün 30-cu turu çərçivəsində "Rəvan" aprelin 28-də "Kəpəz”ə qarşı keçirilən matçda 5:1 hesabı ilə qalib gəlmişdisə, bu dəfə 4 topluq fərqə 6 qol vuraraq nail oldu. Amma bir məqamı da vurğulayaq ki, komanda I divizionda iştirak edərkən 2010/11 mövsümünün 12-ci turunda, 27 noyabr 2010-cu ildə səfərdə "Energetik”I daha böyükhesabla üstələmişdi – 8:0.

  * 6:2 hesabı elitada "Rəvan”ın iştirakı ilə keçirilən ən məhsuldar oyun oldu. 8 matçlıq görüş cari mövsüm bu göstəricidə 2-3-cü yerləri bolüşür. Çünki ötən il sentyabrın 16-da 5-ci turun AZAL – "Qarabağ” oyununda da eyni hesab (6:2) qeydə alınmışdı. 13-cü tur çərçivəsində 17 noyabr 2012-ci ildə keçirilən "Neftçi” – "Sumqayıt” oyunu (8:1) isə hələ ki bu baxımdan ən məhsuldarıdır.

* "Rəvan” ötən il olduğu kimi, bu dəfə də ikinci "altılığ”a ardıcıl 2 qələbə ilə başladı. 2012-ci ildə səfərdə "Sumqayıt” (1:0), evdə AZAL (2:0) məğlub edilmişdisə, bu dəfə "Turan”dan öncə "Xəzər Lənkəran”a (1:0) yenilgi acısı yaşadılıb.

 * İndiyə qədər Premyer Liqada bir hissəyə heç vaxt 5 qol vura bilməyən "Rəvan” qış fasiləsindən sonra keçirdiyi 6 oyuna 14 qol vurub, 4 qələbə qazanıb.

  * Qış fasiləsindən sonra vurulan 14 qoldan 10-u Xuan Manuel Varea ilə Mindauqas Kalonasın payına düşür. Hər iki futbolçu 5 dəfə fərqlənib ki, bu göstəricidə onlara yalnız "Neftçi”nin çilili hüçumçusu Nikolas Kanales şərikdir.

  * "Turan”la oyunda start heyətində yer alan Cəmil Rəhimli Premyer Liqada "Rəvan” forması geyinmiş 51-ci futbolçu oldu.

  * "Rəvan” cari mövsüm ilk dəfə Vüsal Əliyevin idarə etdiyi oyunda qalib gəldi. Belə ki, 1-ci turda evdə "Xəzər Lənkəran”la heç-heçəni (1:1) qeydə alan referi lənkəranlılara 12-ci turda səfərdə uduzulan (0:4) görüşdə də fit çalmışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail