“Xəzər Lənkəran” dünya futbolunun ulduzlarını dəvət etməyi planlaşdırır”

01.04.2013 | 5850 dəfə oxunub

“Xəzər Lənkəran” klubu “Arsenal”ın futbolçusu Andrey Arşavinin komandaya mümkün keçidinə şərh vermək istəməyib. Stadium.az xəbər verir ki,  bu haqda “vesti.ru”ya Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlama verib: “Bu il “Xəzər Lənkəran” 10 illik yubileyini qeyd edir. Bir müddət əvvəl komandanın baş məşqçisi tanınmış uelsli mütəxəssis Con Toşak təyin edilib. Biz kluba dünya futbolunun ulduzlarını dəvət etməyi planlaşdırırıq. Lakin hazırda konkret adlar haqda informasiya vermək istəməzdik”.

O qeyd edib ki, qarşıdakı mövsümdə “Xəzər Lənkəran” azarkeşlərini xeyli sürprizlər gözləyir: “Klubun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun rəhbəri, Azərbaycan, Rusiya və Türkiyədə də kifayət qədər tanınan Mübariz Mənsimov da məhz bunu hədəfləyir. Yeni mövsümə 3-4 ay qalıb və başqa klublar kimi biz də əvvəlcədən öz planlarımızı açıqlamaq fikrində deyilik”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail