Toşak 41-ci oldu

02.04.2013 | 5640 dəfə oxunub

Topaz Premyer Liqasının XXIV turu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakın Azərbaycanda debütü ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, AZAL-la ev oyununda qələbə qazana bilməyən (1:1) cənubluların uelsli çalışdırıcısına qədər 40 legioner mütəxəssis Azərbaycan çempionatında meydana komanda çıxarmışdı. Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcını əvəzləyicisi kimi iş başında olub. Toşak bu siyahıya 41-ci məşqçi kimi düşüb.

O, ölkəmizdə çalışan ilk uelsli oldu. Bunadək daha 17 ölkə təmsilçisi Azərbaycan çempionatında iş başında olub: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan – 4, Almaniya, Serbiya – hərəsi 3, Bosniya və Herseqovina - 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Rusiya, Xorvatiya, İspaniya – hərəsi 1. Uels bu siyahıda 18-ci oldu.

Toşaka qədər 2 klub daha çox – hərəyə 6 əcnəbi baş məşqçiyə güvənmişdi. “Bakı” ilə şərikli rekordun sahibi olan “Xəzər Lənkəran”ın tarixində 7-ci əcnəbi olan uelsli komandasının bu göstəricidə 1-ci olmasına töhfə verdi. Toşaka qədər onun komandasında Rasim Kara, Şenol Fidan, Viktor Pasulko, Mirça Rednik, Cüneyt Biçər və Karles Martorell də çalışmışdı. Digər klublar isə əcnəbi məşqçi sayında “Xəzər Lənkəran”dan geri qalır: “Xəzər Lənkəran” - 7, “Bakı”  - 6,  “İnter”, “Simurq” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Qəbələ”, “Rəvan” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.

Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail