"Beşiktaş", "Vilyareal" və "Rubin" Bakıya gəlir

02.04.2013 | 4685 dəfə oxunub

İyun ayında Bakı şəhərində İBAR CUP uşaq futbol turniri keçiriləcək. Stadium.az xəbər verir ki, ötən il bu turnir ilk dəfə baş tutmuş və Azərbaycan Beynəlxalq Bankının 20 illik yubileyinə həsr olunmuşdu. Belə qərara alınmışdı ki, turnir mütəmadi xarakter alsın və bu il Avropanın müxtəlif ölkələrindən olan uşaq komandaları yenidən Bakıda toplaşacaq. 
Belə ki, İBAR U-14 CUP turniri AFFA-nın dəstəyilə baş tutacaq, yarışın təşkilatçıları Azərbaycan Beynəlxalq Bankı, “İnter” Peşəkar İdman Klubu və Bakı Futbol Federasiyası olacaq. 
Turnirdə 8 komanda iştirak edəcək. Reqlamentə əsasən, komandalar 2 qrupa ayrılacaq və hər qrupda 4 komanda mübarizə aparacaq. Hər qrupdan ən yaxşı 2 komanda mükafat yerləri uğrunda mübarizəni davam etdirəcək, qrupda 3-cü və 4-cü yerləri tutan komandalar 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, “İnter” U-14 komandasından başqa turnirə birinci İBAR CUP turnirinin qalibi "Rubin"(Rusiya), "Karpatı"( Ukrayna), “Beşiktaş”(Turkiyə), "Yurqorden" (İsveç), “Vilyarreal (İspaniya) və “Ayntraxt ( Almaniya) komandaları qatılacaq. Sonuncu iştirakçının adı bu həftə məlum olacaq.
Əlavə edək ki, turnir iyun ayının 17-dən 22-dək keçiriləcək. İBAR CUP turnirinin bütün matçları “Şəfa” stadionunda baş tutacaq.
Qeyd etmək istərdik ki, tezliklə turnirin püşkatma mərasimi keçiriləcək və həmin mərasimi tv.inter.az saytında canlı olaraq izləmək mümkün olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail