"Qəbələ"nin məşqçiləri beynəlxalq konqresdə iştirak edib

02.04.2013 | 4791 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının məşqçiləri – Tərlan Məmmədov, Xəqani Məmmədov, Ülfət Mədətov və Famil Xəlilov 28-29 mart tarixlərində Ukraynanın Donetsk şəhərində “Şaxtyor” klubu tərəfindən təşkil olunmuş məşqçilərin III konqrensində iştirak edib. Stadium.az xəbər verir ki, konqresin proqramına əsasən iki gün ərzində məşqçilər seminarlarda və praktiki məşqlərdə yer alıblar. Toplantı barədə gabalafc.az-a açıqlama verən gənc məşqçi Tərlan Məmmədov səfərin mühüm məqamlarına toxunub:

“Artıq 3-cüsü keçirilən konfrasda hər il tanınmış klublardan mütəxəssislər iştirak edir. Bu il toplantı “Çelsi” Futbol Akademiyasının məşqçisi Eddi Nyuton, “Real” Madrid Futbol Akademiyasının məşqçisi  Cimi Torkal, Dünya Futbol Akademiyasının mütəxəssisləri Raymon Verhayen və Nils de Fris, o cümlədən “Şaxtyor” klubunun nümayəndələrinin çıxışları və praktiki məşğələləri ilə yadda qaldı. Seminarlarda və məşqlərdə müxtəlif klubların akademiya fəlsəfəsindən, onların iş prinsiplərindən, komandaların skaut sistemindən, məşq və sistem seçimlərindən, futbolçuların fiziki keyfiyyətlərinin testlər yolu ilə düzgün analizi və onların inkişafına yardım edəcək prinsiplərdən, yeni texnologiyaların futbolda istifadəsindən söhbət açıldı, məlumat verildi. Bir sözlə, məşqçi kimi yetişməyimizdə, nəzəri və praktiki bilgilərimizin artmasında konqresin böyük faydası olacağı şübhəsizdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail