Nikolov: “Bu, çox düzgün yanaşmadır”

03.04.2013 | 4350 dəfə oxunub

“İnter”PİK-in prezidenti Georgi Nikolov Bakı şəhərində yay ayında keçiriləcək İBAR CUP U-14 turniri barədə fikirlərini klubun rəsmi saytına açıqladı: "Qorxuram ki, Valentin Xodukinin sözlərini təkrarlayım. Çox sevindirir ki, bu yarış daimi xarakter aldı. Düşünürəm ki, bu, çox yaxşı yanaşmadı, axı Azərbaycanda çoxdandır öz aralarında futbol oynayan uşaqlar Avropadakı həmyaşıdlılarının da səviyyələrini bilməlidirlər. Bu ölkələrdən olan komandaların güclü və zəif tərəflərini öyrənməlidirlər.
Bundan başqa, belə turnirlər təcrübə qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ötən il “İnter”in uşaq komandası bir qədər əsəbi oynadı, lakin uaşqların səbəbləri də vardı. Ümid emid edirəm ki, bu il komandamız daha uğurla çıxış edəcək. Həmin əsəbilik və gərginlik olmamalıdır, axı yeniyetmə oyunçular artıq belə turnirin iştirakçısı olmuşdular.  
Biz turnirin formatını saxlamışıq və xoşdur ki, bütün 8 komanda müxtəlif ölkələri təmsil edir. Turnirin iştirakçıları kifayət qədər sanballıdır və bu, yarışın yaxşı səviyyəsindən xəbər verir. Biz yenidən ötən ilin qalibi olmuş Rusiyanın “Rubin” komandasını dəvət etdik. Xüsusi reklama ehtiyacı olmayan Türkiyənin “Beşiktaş” komandasına dəvət göndərmişik. İspaniyada ən yaxşı uşaq futbol məktəblərindən birinə malik olan “Vilyarreal” komandasında da turnirə qatılacaq. Bundan basqa, Almaniyanın “Ayntraxt” klubu da Bakıya gələcək. Turnirdə ənənəvi olaraq möhkəm isveclilər də – “Yurqorden” komandası da çıxış edəcək. Ukraynanın “Karpatı” kluba da turnirə qatılacaq. Bilirsiniz ki, bu ölkədə futbol yaxşı səviyyədədir, uşaq futbolu da həmişə yaxşı tərəfdən seçilir. Turnirin son iştirakçısı hələlik bilinmir. Lakin dəqiq məlumdur ki, sonuncu komanda ya İtaliyanı, ya da Serbiyanı təmsil edəcək. Deyim ki, hər iki klub dünyada məşhurdur. İnşallah, bizim nümayəndələrimiz bu komandalar arasında uğurlu nəticə əldə edərlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail