"Qəbələ" 75-ci qələbə arzusundadır

04.04.2013 | 4380 dəfə oxunub

Bu həftə Topaz Premyer Liqasında XXV turun oyunları keçiriləcək. Stadium.az xəbərr verir ki, tura Qəbələdə start veriləcək. Aprelin 5-də baş tutacaq qarşılaşmada yerli “Qəbələ” “Simurq”u qəbul edəcək.

2006/07 mövsümündən Premyer Liqada çıxış edən meydan sahibləri güclülər dəstəsində yubiley – 75-ci qələbəni qazanmaq üçün meydana çıxacaq. İndiyədək ölkə çempionatının yüksək liqasında 74 qələbəsi olan “Qəbələ” son  3 turda bu yubileyi təxirə salıb. AZAL, “İnter” və “Qarabağ”la görüşlərdə 75-i fəth edə bilməyən “qırmızı-qaralar” bunu “Simurq”la matçda gerçəkləşdirməyə çalışacaq.

Zaqatala təmsilçisi “Qəbələ”nin tarixində xüsusi yerə malikdir. Belə ki, komanda çıxış etdiyi bütün yarışlarda bu rəqiblə qarşılaşıb. Həm birinci divizion, həm Premyer Liqa, həm də kubokda 2 komanda üz-üzə gəlib. Ümumilikdə bu görüşlərin tarixi 2005-ci ildən başlayır. 8 ilə yaxın müddətdə 20 dəfə üz-üzə gələn komandalar eyni vaxtda – 2006-cı ildə elitaya yüksəlib.

21-ci duel ərəfəsində “Qəbələ”nin 9, rəqibinin 7 qələbəsi var. Daha 4 oyun heç-heçə başa çatıb. “Qırmızı-qaralar” indiyədək rəqib qapısına 24 top vurub və 17-ni buraxıb.

Premyer Liqadakı oyunlarda da “Qəbələ” top fərqində öndədir – 17:14. Lakin qələbə sayında tarazlıq hökm sürür – hərəyə 6 dəfə. 4 matçda isə qalib müəyyənləşməyib.

11-ci dəfə ev sahibi kimi zaqatalalıları qəbul edəcək. Qəbələ təmsilçisi əvvəlki 10 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə uduzub. Bu görüşlərdə top fərqi 14:6-dır.

2005/06

05.10.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Simurq (Zaqatala)

2:0

2005/06

01.03.2006

Birinci divizion

Simurq (Zaqatala) - Gilan (Xanlar)

1:3

2006/07

23.10.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Simurq (Zaqatala)

1:2

2006/07

07.04.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Gilan (Qəbələ)

3:1

2007/08

15.09.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

2:0

2007/08

24.10.2007

Azərbaycan kuboku, 1/8

Qəbələ - Simurq (Zaqatala)

1:0

2007/08

31.10.2007

Azərbaycan kuboku, 1/8

Simurq (Zaqatala) - Qəbələ

2:1

2007/08

27.04.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:0

2008/09

23.11.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:0

2008/09

10.05.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:0

2009/10

16.08.2009

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

2:1

2009/10

28.11.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2010/11

01.10.2010

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:2

2010/11

27.11.2010

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

4:0

2010/11

17.04.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

3:0

2010/11

30.04.2011

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:0

2011/12

29.10.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:2

2011/12

16.02.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:1

2012/13

04.08.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2012/13

16.12.2012

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail