Orxan Sadıqlıdan penalti rekordu

04.04.2013 | 5107 dəfə oxunub

Orxan Sadıqlı “Xəzər Lənkəran”ın tarixində çempionatın 1 mövsümündə 2 penaltidən qol buraxmayan ilk qapıçı olub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, o, bunu Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda rəsmiləşdirib. Zohair Benouahinin vurduğu 11 metrlik zərbə zamanı qolkiper rəqibi ilə dueldən qalib ayrılıb.
 
Bu isə Orxanın mövsümdə 2-ci belə uğuru olub. Gənc istedad ötən il dekabrın 14-də XVII turun “Neftçi” ilə matçında da belə uğura nail olmuşdu. Həmin vaxt Sadıqlı Nikolas Kanaleslə dueldən qalib ayrılmışdı.
 
Komandanın 9 illik tarixində daha 2 qapıçı – Kamran Ağayev və Dmitri Kramarenko da Orxan kimi 2 dəfə 11 metrlik zərbə zamanı dueldən qalib ayrılıb. Lakin onların heç biri eyni mövsümdə və eyni yarışda buna nail olmayıb. Hər iki uğuru çempionatda olan Ağayev 2006/07 və 2011/12 mövsümlərində buna sevinib. 2007/08 mövsümündə 2 uğuru olan Kramarenko isə 1 dəfə çempionat, 1 dəfə kubokda rəqiblə duelin qalibi olub.
 
Hərəyə 2 dəfə penalti buraxmayan bu 3 qapıçıdan başqa Aleksandr Martyoşkinin də belə nəticəsi var. Ümumilikdə isə komandanın 6 qapıçısı 27 penaltidən 20-ni buraxıb, 7-də qalib ayrılıb: Kamran Ağayev – 13 (2-si qeyri-dəqiq), Dmitri Kramarenko – 6 (2), Aleksandr Martyoşkin – 4 (1), Orxan Sadıqlı – 2 (2), Antonio Doblas, Kamal Bayramov – hərəsi 1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail