"Yaxşı ki fasilə zamanı baş məşqçi futbolçuları "ayılda” bildi"

05.04.2013 | 4018 dəfə oxunub

"Hazırlıq, şükür Allaha, yaxşı keçir. Hər gün məşq edirik. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Hər şey qaydasındadır. Ümumiyyətlə, biz hər bir oyuna hərtərəfli hazırlaşırıq. "Sumqayıt”la matç da bu baxımdan istisna deyil. Turnir cədvəlindəki vəziyyətimiz bizi məhz 3 xala oynamağa məcbur edir. Bu rəqibdən uzaqlaşmaq üçün qələbə mütləqdir. Əlimizdən gələni edəcəyik ki, final fitindən sonra sevinən tərəf biz olaq”. Stadium.az xəbər verir ki, bu sözləri "Rəvan"ın futbolçusu Nodar Məmmədov deyib.

Klubun rəsmi saytına danışan Məmmədov ötən həftə baş tutan və bir sıra məqamları ilə "Rəvan”ın tarixinə düşən "Turan”la oyun (6:2) barədə bunları söyləyib: "İlk qoldan sonra bir qədər rahatlaşma oldu, məncə. Ancaq Premyer Liqa matçlarında belə hala yol vermək olmaz. Çünki istənilən rəqib başağrısı ola bilər. Üstəlik, müdafiədə səhvlərə də yol verdik. Yaxşı ki fasilə zamanı baş məşqçi futbolçuları "ayılda” bildi. Məhz onun tənbeh, tənqid və tələblərindən sonra əla ikinci hissə keçirdik. Ümid edirəm ki, uğurlu oyunlar seriyasını bu həftə də davam etdirəcəyik”.

 Sonda "4” nömrə yenidən Azərbaycan millisinə dəvət alacağına ümid etdiyini deyib: "Özümü yığmada oynamağa hazır sayıram. Daha öncə "Qarabağ”da oynayarkən yığmaya cəlb olunurdum. "Qəbələ”də isə məşqçilər mənə şans vermədi və belədə millidən uzaq düşməyim normal idi. İndi isə daim oynayıram və özümü milli üçün hazır sayıram. Ancaq hər şey baş məşqçidən asılıdır. Gərək onun dəvəti olsun əvvəlcə. İstənilən halda, xoş günlərin birində yenidən milli formanı geyəcəyimə dair ümidimi itirmirəm”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail