Böyükağa Hacıyev: "Qarabağ"a olan borcumuzu bu gün ödəyəcəyik" MÜSAHİBƏ
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu gün keçiriləcək "Qarabağ"la vacib oyun öncəsi qarşılaşmayla bağlı Stadium.az saytına müsahibə verib:
- "Qarabağ"la bu gün keçiriləcək
oyun barədə nə düşünürsüz?
- Mövsüm başlayandən bəri "Qarabağ"la
iki dəfə oynamışıq. Birincidə mən burda yoxuydum, səhətimlə bağlı Moskvada
idim. İkincidə də mənim başçılığım altında rəqibi bütün konponentlərdə üstələsək
də, məğlub olduq. Deməli, "Qarabağ"a borcumuz var. Çalışacağıq ki, bu
gün borcumuzu qaytaraq.
- Bu borc işi çox qəliz məsələdi. Bunun üçün
xüsusi plan hazırlamısız?
- Biz bütün oyunlara ciddi yanaşırıq. Baxmayaraq
ki, liderik, amma hələ yolun yarısını
keçmişik. Ən vacibi finişdi, bizdə finişdə toparlanmağı bacarmalıyıq. Keçmişə
baxırıq və sələflərən öyrənirik. Daha təmkinli, ciddi və diqqətli olmalıyıq. Bu
gün meydanda əvvəlkilərdən daha hazırlıqlı olmalıyıq. "Qarabağ" çox
yaxşı komandadır və bizim oyun dəsti xəttimizlə onlarınkı arasında bəzi
oxşarlıqlar var. Nə deyim, kim güclüdür, o da qalib gəlsin.
- "İnter"lə son oyundan sonra
demişdiz ki, həmin qarşılaşmaya çempionluq
oyunu kimi çıxmısız. Bu dəfə də eyni haldır?
- "Qarabağ"la bizim aramızda cəmi
altı xal fərq var. Qələbə qazanmağa çalışacaqlar ki, xal fərqini olduqca aşağı
endirələr. Əminəm ki, bu oyuna kim daha çox önəm verirsə, qalib onlar olacaq.
- Rəşad Sadiqovun yoxluğu özün göstərəcək?
- Rəşad bizim komandada təcrübəli
futbolçulardan biridir. Vaxtilə bir çox jurnalistlər məhz Rəşada görə mənə təzyiq
edirdi. Ancaq mən ona inanırdım ki, Sadiqov özün doğruldacaq. Necə ki, Rəşad
oynadı və bu komandanın kapitanı olmağa layiq olduğun sübut etdi. Bu futbolçuda
mən istədiyim keyfiyyətlər var, qalır onu düzgün istiqamətə yönləndirmək.
- Araz Abdullayev məşqlərə başlayıb?
- Bəli, Araz artıq komandayla birgə məşq edir.
- Bu gün onu meydanda görə biləcəyik?
- Ola bilər. Onunla çox ciddi söhbət edəcəm, əgər
psixoloji durumu tam qaydasında olsa, meydana buraxacam.
- Bəs Rəşadın yerinə kim oynayacaq?
- Onu hələ tam müəyyənləşdirməmişəm.
- Bertucci?
- O, komandayla məşq edir, amma praktikası
yoxdur. Belə futbolçunu "Qarabağ"la vacib oyunda meydana buraxa bilmərəm.
- Qapıçı Leoniylə dayaq yarımmüdafiəçisi
Kabionun xidmətindən nə vaxtsa istifadə etməyi planlaşdırırsız?
- Yox. Mən qalib heyəti dəyişmirəm.
Söhbətləşdi: Elnur
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |