"Rəvan" gücünü ikitərəfli oyunda sınadı

06.04.2013 | 4192 dəfə oxunub

"Rəvan” Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt”la matçın hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, gündə 1 dəfə məşq edən komanda ənənəvi olaraq hazırlığı "Bayıl Arena”da keçir.

Dünən saat 16:00-da başlayan növbəti məşq müəyyən mənada o birilərindən seçilib. Çünki isinmə hərəkətlərindən sonra baş məşqçi Ramil Əliyev yetirmələrini ikitərəfli oyunda sınayıb. Şərti olaraq "yaşıllar” və "qırmızılar”a bölünən futbolçuların yaratdığı komandaların balanslı olması üçün əsas heyət futbolçuları demək olar, yarıya bölünüb. Başqa sözlə, hər iki komandada əsas futbolçularla yanaşı, daha az oynamaq şansı qazananlar da yer alıb. Maraqlı və şən ab-havada keçən oyunda "yaşıllar” 4:3 hesabı ilə qələbə qazanıb. Qalib tərəfdə Xuan Manuel Varea dubl edibsə, Miloş Adamoviçlə Ramazan Abbasov hərəyə 1 qol vurub. "Qırmızılar”da isə Mindauqas Kalonas, Tofiq Mikayılov və Vüsal Qarayev fərqlənib.

Məşqdə və ikitərəfli oyunda əlindən zədəli olan Murad Qənbərov istisna olmaqla, bütün futbolçular iştirak edib. Həftənin əvvəlində ayağından zədə alan Orxan Lalayev də fərdi məşqlərdən sonra komandaya qoşulub. O hətta ikitərəfli oyunun ən fəallarından biri olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail