Torres: "Atletiko"ya qayıdışım müzakirə mövzusu deyil"

06.04.2013 | 4890 dəfə oxunub

"Çelsi"nin hücumçusu Fernando Torres maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, ispan forvard Rafael Benites, Joze Maurinyo və gələcək planlarından söz açıb: "Futbolda əsas olan nəticədir. Hazırda biz iki cəbhədə titul uğrunda mübarizəmizi davam etdiririk. Bu isə o deməkdir ki, qarşıdakı oyunlarda uğurla çıxış etsək və mükafat qazansaq, o zaman Benitesə qarşı olan fikirlər dəyişəcək. Ötən il Di Matteo da müvəqqəti olaraq baş məşqçi təyin edilmişdi. Amma iki mükafat qazandığına görə rəhbərlik ona növbəti mövsümdə də güvəndi. Maurinyo haqda oxunan mahnıları hər zaman eşidirik. Komandanın azarkeşləri Maurinyo, Droqba, Lempard və Terri haqda hər zaman oxuyurlar. Bu da təsadüfi deyil. Çünki məhz həmin adını çəkdiyim insanlar "Çelsi"ni çempionluğa daşıyıblar. Maurinyonu burada hər kəs sevir və o hər zaman da seviləcək. Mənim məqsədim "Çelsi"də uğurla çıxış etmək və millinin əsas heyətindəki yerimi qaytarmaqdır. İnanıram ki, milli ilə birgə həm Konfederasiyalar Kubokuna, həm də dünya çempionatına yollanacağam. "Atletiko"ya qayıtmaq? "Atletiko"ya minnətdar olduğumu heç vaxt gizlətməmişəm. Futbolçu kimi tanınmamda bu komandanın böyük rolu olub. Lakin hazırda mən "Çelsi"nin futbolçusuyam, hələ 3 illik də müqaviləm var. Vətənə qayıtmamışdan öncə "Çelsi" ilə bir çox uğurlara imza atmaq fikrindəyəm. Buna görə də indi "Atletiko"ya qayıdışım müzakirə mövzusu deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail