Ramin Musayev: "Neftçi" - "Qarabağ" oyununda penalti var idi"

08.04.2013 | 3986 dəfə oxunub

eşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev hesab edir ki, Premyer Liqanın 25-ci turunda baş tutan "Neftçi" - "Qarabağ" oyununda son günlər qalmaqala səbəb olan epizodda penalti var idi.

"AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla müzakirələrimiz oldu. O, həmin epizodda penaltinin olduğunu təsdiqlədi", - bunu bazar ertəsi Trend-ə Musayev deyib.

Oyunun birinci hissəsindən sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyunu idarə edən baş hakim Rəhim Həsənova etirazını bildirib. Oyundan sonra keçirilən mətbuat konfransında Hacıyev deyib ki, hakim onlara qarşı haqsız oldu. Qapıya təyin olunan penalti düzgün deyildi.

Musayev deyib ki, futbolda qalmaqalın yaranması təbiidir.

"Futbolda qalmaqal olmalıdır. Futbolda qalmaqal olmasa, maraq olmaz, qalmaqalın olması yaxşıdır, bəlkə bundan sonra azarkeşlər futbola gələrlər, canlı görərlər", - Musayev vurğulayıb.

"Neftçi" - "Qarabağ" oyununda nədənsə PFL-in rəhbərliyi ittiham edilir. Bu nədən qaynaqlanır" sualını isə Musayev "boş verin getsin" deyərək cavablandırıb.

Xatırladaq ki, Böyükağa Hacıyev oyundan sonra keçirdiyi mətbuat konfransında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi də ittiham edib.

"Ramin Musayevin "Qarabağ"a simpatiyası var. Belə olmaz axı. Biz də Azərbaycan klubuyuq. Yad ölkədən gəlməmişik", - Hacıyev bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail