"Turan"a texniki məğlubiyyət verildi

09.04.2013 | 3416 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

07 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXV turunun “Rəvan” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
04 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
05 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Neftçi” – “Qarabağ” matçının 88-ci dəqiqəsində “Qarabağ” klubunun 19 №-li futbolçusu Emin Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
06 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Rəvan” – “Sumqayıt” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində “Rəvan” klubunun 90 №-li futbolçusu Orxan Orucov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
06 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XX turunun MOİK – “Şahdağ” matçının 71-ci dəqiqəsində MOİK klubunun 20 №-li futbolçusu Vüqar Əsgərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 90+5-ci dəqiqəsində “Şahdağ” klubunun 19 №-li futbolçusu Natiq Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
07 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XX turunun “Bakılı” – “Qaradağ Lökbatan” matçının 62-ci dəqiqəsində “Bakılı” klubunun 5 №-li futbolçusu Nahid Mehrəliyevlə, “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Novruz Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyunluq cəzalanır, klublar 20 manat cərimə olunur (maddə 48).
07 aprel 2013-cü il U-19 Liqasının “Qarabağ” – “Qəbələ” matçının   87-ci dəqiqəsində “Qəbələ” klubunun 55 №-li futbolçusu Tərlan Əhmədovla, “Qarabağ” klubunun 23 №-li futbolçusu Coşqun Qorçuyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanır (maddə 42.1).
03 aprel 2013-cü il U-19 Liqasının “Qarabağ” – “Bakı” matçının 42-ci dəqiqəsində “Qarabağ” klubunun 16 №-li futbolçusu Elçin Rəhimli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
11 mart 2013-cü il "Azercell U-17 Liqa"da “Xəzər Lənkəran” – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
01 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın “Simurq” – “Rəvan” matçının 70-ci dəqiqəsində “Simurq” klubunun 11 №-li futbolçusu Yusif Dilanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
01 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın “Gənclik” – “Xəzər Lənkəran” matçının 29-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 17 №-li futbolçusu Zaur Nuruzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
01 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın “Turan” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Ülvi Sarıyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
04 aprel 2013-cü il U-16 Liqasının “Bakı” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Ülvi Əliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
04 aprel 2013-cü il U-16 Liqasının “Qarabağ” – “Qəbələ” matçının 66-cı dəqiqəsində “Qarabağ” klubunun 11 №-li futbolçusu Elmir Namazovla “Qəbələ” klubunun 8 №-li futbolçusu Çingiz Hüseynov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır(maddə 38.3).
05 aprel 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Bakı” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi İsa Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
04 aprel 2013-cü il U-14 Liqasının “Neftçi” – “Neftçi İSM” matçının 48-ci dəqiqəsində “Neftçi İSM” klubunun 3 №-li futbolçusu Emin Ələsgərov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
07 aprel 2013-cü il U-14 Liqasının “Neftçi” – “İnter” matçının 47-ci dəqiqəsində “Neftçi” klubunun 15 №-li futbolçusu Fərid Səmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
06 aprel 2013-cü il U-14 Liqasının TİM (Gəncə) – “Şəmkir” matçının 49-cu dəqiqəsində TİM (Gəncə) klubunun 5 №-li futbolçusu Müzadil Mahmudov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
07 aprel 2013-cü il U-14 Liqasının UGİM (Mingəçevir) – “Qəbələ” matçının 43-cü dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Aqşin Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
06 aprel 2013-cü il U-14 Liqasının UGİM (Mingəçevir) – UGİM (Bərdə) matçının 58-ci dəqiqəsində UGİM (Mingəçevir) klubunun 6 №-li futbolçusu Ziyad Hüseynli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
06 aprel 2013-cü il Coca-Cola U-13 Liqasının ROİL – “Sərhədçi” matçında “Sərhədçi” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
06 aprel 2013-cü il Coca-Cola U-13 Liqasının AZAL – “Qarabağ” matçının 26-cı dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Hüseyn Seyidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
07 aprel 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Fənərbağça” – “Baku Fire” matçının 24-cü dəqiqəsində “Fənərbağça” klubunun 17 №-li futbolçusu Sərxan Məstiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
07 aprel 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Ulduz” – “Azercell” matçının 29-cu dəqiqəsində “Ulduz” klubunun 17 №-li futbolçusu Səid Talıbzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
07 aprel 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Seniors” – “Uğur” matçının 49-cu dəqiqəsində “Uğur” klubunun 11 №-li futbolçusu İlqar Talıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
06 aprel 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Akkord” – “Qəbələ” matçında “Qəbələ” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail