"Xəzər Lənkəran"a gələcəyi deyilən futbolçu karyerasını bitirir?

09.04.2013 | 3679 dəfə oxunub

Rusiya yığmasının sabiq kapitanı Andrey Arşavin gözlənilməz qərara gəlib. Stadium.az xəbər verir ki, adı Azərbaycan klubu ətrafında hallandırılan hücumçu karyerasını bitirməyi düşünür. Böyük Britaniya mətbuatı Andreyin cari mövsümdən sonra bunu edəcəyini açıqlayıb. 

Mayda londonlularla müqaviləsi bitəcək və azad agent statusu qazanacaq futbolçunun 32 yaşı tamam olacaq. Britaniyalı həmkarlarımız iddia edir ki, Arşavinə heç bir klubdan təklif daxil olmayıb. Hərçənd, yeni klubla müqavilə şərtlərini nəzərdən keçirməyə hazırdır. 

“Arsenal” isə uzun müddətdir ehtiyatda saxladığı legionerinə yeni anlaşma təklif etmək niyyətində deyil. Buna görə də oynamamaqdan yorulan Andrey karyerasını davam etdirməklə bağlı layiqli variantların olacağına inamını itirib. Futboldan məyus olan rusiyalı idmandan getməyi ciddi götür-qoy edir. 

Qeyd edək ki, Arşavinin adı daha çox “Xəzər Lənkəran” ətrafında hallandırılsa da, klubun fəxri prezidenti Mübariz Mənsimov bunu boş iddia adlandırmışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail