Nikolas Kanales yeni rekorda imza atdı

11.04.2013 | 4502 dəfə oxunub

“Neftçi” klubunun futbolçusu Nikolas Kanales Azərbaycan çempionatları tarixinə düşüb. Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, çilili hücumçu 1992-ci ildən start götürən ölkə birincilikləri tarixində 1 mövsümdə ən çox qol vuran legioner olub.

Kanales Topaz Premyer Liqasının XXV turunun “Qarabağ”la oyununda fərqlənməklə vurduğu qolların sayını 21-ə çatdırıb. O, bu qolla “Kəpəz”in gürcüstanlı legioneri Badri Kvaratsxeliyanı arxada qoyub.

Fevralın 23-də XXI turun “İnter”lə oyununda qol vurmaqla 20-yə çatan Kanales sonrakı 3 matçda qol həsrəti yaşamışdı. Kvaratsxeliya ilə şərikli rekordu 42 gün sürən çilili mütləq rekordunu  ilk “altılığ”ın 3-cü turunda rəsmiləşdirdi.

Azərbaycan çempionatında 1 mövsümə ən çox qol vuran 5 futbolçu

yer

futbolçu

klub

mövsüm

 ölkəsi

oyun

qol

1

Nikolas Kanales

Neftçi (Bakı)

2012/13

Çili

25

21

2

Badri Kvaratsxeliya

Kəpəz (Gəncə)

1997/98

Gürcüstan/Azərbaycan

22

20

3

Georgi Adamiya

Qarabağ (Ağdam)

2010/11

Gürcüstan

30

18

4

Oqtay Dərəlioğlu

Xəzər Lənkəran

2004/05

Türkiyə

21

17

5

Valter Quqlemon

İnter (Bakı)

2008/09

Uruqvay

24

17

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail