"Yoxsa, bizi sakit görüblər?"

11.04.2013 | 5583 dəfə oxunub

"Həmin anda Rəhim Həsənovla aramızda heç bir problem yaşanmayıb. Birinci hissədən sonra mən ona yaxınlaşaraq penalti epizodu ilə bağlı sual verdim. Rəhim də dedi ki, "vallah, penalti var idi". Mənsə bildirdim ki, bu cür oyunda belə epizoda görə penalti verməzlər. Həmin anda komandamız uduzurdu, mən də nə gülürdüm, nə də hakimə artıq söz dedim. İndi buna görə 5 oyunluq cəzalandırıblar".

Bu sözləri Stadium.az saytına verdiyi açıqlamada AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Neftçi"nin məşqçisi Bəxtiyar Musayev deyib.

Bəxtiyar Musayev AFFA-nın qərarını anlamadığını söyləyib: "Əvvəl də buna oxşar hal yaşanmışdı. Həmin vaxt da demişdilər ki, guya, Rəhim Həsənovu təhqir etmişəm. Amma sonradan həqiqət üzə çıxdı və cəzam ləğv olundu. Artıq bu dəfə də Appelyasiya komitəsinə şikayət ünvanlamışıq. İnanıram ki, bu dəfə də haqq-ədalət yerini tutacaq. Başqa bir qərar da gözləmirəm. Mənə maraqlı gəlir ki, Rəhim Həsənov İntizam Komitəsinin iclasında mənim onu təhqir etdiyimi deməyib. Hər halda özü belə deyir. Əgər, Rəhim bunu deməyib, protokolda yazmayıbsa, məni hansı əsasla cəzalandırırlar? Məgər, biz daş dövründə yaşayırıq? Bizim əsəblərimizlə oynamalıdırlar? Nəyə görə durduq yerdə məni çağırıb, irad bildirməlidirlər? Yoxsa, bizi sakit görüblər? Mənim cəzamı ləğv etməlidirilər. İnanıram ki, şikayətimiz qəbul ediləcək. Yoxsa, bizim də deməyə sözümüz çoxdu. Mənim ancaq 1 istəyim var - bu cür hadisələrdə, olaylarda bir daha adım hallanmasın". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail