Ansi Aqolli: "İnter" nə qədər güclü olsa da..."

11.04.2013 | 6461 dəfə oxunub

"Hazırda bütün diqqətimizi "İnter"i oyuna yönəltmişik.  "Neftçi" ilə oyunu unutmuşuq. Bizim "Neftçi"ni ardıcıl 3 oyunda məğlub etməyimiz "ağ-qara"ların liderlik kürsüsündə əyləşməsinə mane olmayıb". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib.

Klubun rəsmi saytına açıqlama verən albaniyalı futbolçu artıq bütün diqqətlərini "İnter"lə görüşə yönəltdiklərini bildirib: "İndi  bizə vacib olan "ağ-göy"lər üzərində uğurlu nəticə qazanmaqdır. "İnter"i cari mövsüm uda bilməmişik. Üstəlik, rəqib stabil futbol sərgiləyir və bizimlə eyni hədəflər uğrunda mübarizə aparır. "İnter"in ən böyük üstünlüyü bəlli sistemlərinin olmasıdır. Kimin oynaması onlarda elə də fərq etmir. Amma biz də görüşə qələbə üçün çıxacağıq. Ev oyunumuzda qələbə qazanmaq istəyirik. Hazırda "Qarabağ" yaxşı formadadı. Komandamızda zədəlilərin də düzəlməsi vəziyyətimizə müsbət təsir edib. Demək olar ki, hər mövqedə ciddi rəqabət var. Bu da ümumilikdə komandanın artırmasına kömək edir.  Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Bəli, bu o deməkdir ki, bütün oyunlara 3 xal üçün çıxırıq. "İnter" nə qədər güclü olsa da, hədəfimiz yenə eynidir. Futbolun gözəlliyi istənilən nəticəyə açıq olmasıdır. İnanıram ki, "İnter"lə görüş baxımlı olmaqla yanaşı istəyimizə uyğun başa çatacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail